"Rəis müavini məni görən kimi nalayiq ifadələr işlətdi" - Bələdiyyə sədri Ağsu polisindən və məhkəmədən şikayətçidir

09 iyun, 2021 18:39

Ağsu rayonu Gəgəli Bələdiyyəsinin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Xəlilli Fariz Sabir oğlu Ağsu rayon Polis Şöbəsində haqsızlıqla qarşılaşdığını, şərləndiyini bildirir.

Ölkə başçısına və hüquq-mühafizə orqanları rəhbərlərinə ünvanladığı şikayət məktubunun bir nüsxəsini də “AzPolitika.info”-ya göndərən şikayətçi yazır: “24.05.2021-ci ildə Gəgəli Bələdiyyəsinin 18 may 2021-ci il tarixli 10 saylı iclasının qərarının "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı MMC"-nin yaradılması məqsədilə MMC-yə direktor təyin edilmiş Şəhid leytenant Kamran Quluzadənin atası Pərviz Quliyevlə aidiyyatı sənədləşmələri yerinə yetirmək üçün Şamaxı və Ağsu şəhərlərində olmuşam.

Ağsu şəhərində olarkən Heydər Əliyev parkına girişdə tələskənlikdən (saat 17.00-da magistrlərimin illik dissertasiya hesabatı iclası başlanırdı) və unutqanlıqdan maşından çıxarkən qoruyucu tibbi maskanı çox az müddətdə taxmadan açıq havada hərəkət eləmişəm…

Bu 3-5 dəqiqəlik müddətdə bizi izləyən polis əməkdaşı Şıxəliyev Zəka kənardan səslədi, yanına gəlməsini tələb elədi… Polis özünü təqdim etdi və mənə qoruyucu tibbi maskanı taxmadığımı izah elədi. Mən də bunun fərqində olduğumu, unutduğumu və maşından onu götürməyə getdiyimi dedim. Mənə artıq gec olduğunu və protokol tərtib olunmalı olduğunu bildirdi. Mən də "buyurun, protokolumu yerində tərtib edin", dedim.”

Şikayətçi bildirir ki, polis işçisi yerində protokol yazmaqdan imtina edərək, onu şöbəyə aparıb. Şöbədə isə rəis müavininin onu təhqir etdiyini bildirən F.Xəlilli sonradan hətta şərləndiyini qeyd edir: “Polis əməkdaşı Zəka Şıxəliyev yerində protokol tərtib etmək hüququnun olmadığını, protokolun ancaq və ancaq polis idarəsində tərtib oluna biləcəyini bildirdi. Mən izahat istədim. “Rəisimiz belə təlimat verib” dedi…

Zəka Şıxəliyev polis rəisinin müavini Vüsal Əliyevə zəng elədi. Vüsal Əliyev Zəka Şıxəliyevə “təcili onu bölməyə gətirin” əmri verdi… Polis maşını gəldi və mən heç bir etiraz etmədən maşına özüm oturdum. Məni polis idarəsinə gətirdilər…

Bu məqamda qarşımıza həyətdə polis rəisinin müavini Vüsal Əliyev çıxdı. Məni görən kimi nalayiq, ziyalı heysiyyatıma toxunan ifadələr işlətdi. Mən unutduğumu, səhvimi tez anladığımı və polisin iradından əvvəl maşından maskamı götürməyə getdiyimi dedim. Vüsal Əliyev dedi ki, "bir dəqiqə də açıq havada maskasız olmaz".

Mən də polis rəisinin müavini Vüsal Əliyevin özünə irad tutdum ki, “Sizinlə məsafəmiz bir metrdən azdır və mən maskalı, Siz maskasızsınız. Sizin haqqınızda kim protokol tərtib edəcək?”

Vüsal Əliyev əsəbiləşdi və əmr elədi ki, həbs olunsun. Məni ikinci mərtəbəyə gətirdilər, qarşıma çıxan bütün polis əməkdaşları maskasız idi…

Mənim haqqımda ittihamı Vüsal Əliyevin əmri ilə dəyişdilər. O, otağına əsəbi halda girir, çıxır, qapını çırpır,"510 və 535.1 əlavə olunsun", deyirdi. Doğrusu bu maddələrin nə anlama gəldiyini heç bilmirdim.

Protokola imza atmağımı istədilər, oxudum. Xuliqanlıq, polisə müqavimət göstərməyi gördüm və imzalamadım. Mənə Azərbaycan Respublikasının qanun keşikçiləri tərəfindən böhtan atılması və şərlənməyim pis təsir elədi. Mən ömrünü elmə həsr eləmiş adamam, insan yetişdirən müəlliməm. Mən bir bələdiyyənin sədriyəm, icmanı inşa etməklə məşğulam, insanları qanuna, qanunçuluğa çağırıram. Mən günahkar deyiləm. Mən Azərbaycan polisindən humanizm gözlədiyim halda şərləndim.”

Daha sonra məhkəməyə aparıldığını bildirilən şikayətçi onun barəsində çıxarılan qanunsuz qərarın ləğvini, ölkə rəhbərliyinin, eləcə də hüquq-mühadfizə orqanları rəhbərlərinin bu özbaşınalıqla bağlı ölçü götürmələrini xahiş edir: “Mənim haqqımda sənədləri topladılar və Ağsu şəhəri məhkəməsinə göndərdilər. Məhkəmə iş saatı bitməsinə baxmayaraq təşkil olundu, üç polis danışdı, məni ittiham elədilər. Mən isə vəkilsiz, şahidlərim dinlənilmədən təkcə özümü müdafiə eləməli oldum. Məhkəmə məni İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1 maddələri ilə təqsirli bildi və 535.1 maddəsi ilə 200 (iki yüz) manat cərimələdi. Mən məhkəmə qərarının ədalətsiz olduğunu, hüquqlarımın pozulduğunu, adı çəkilən maddələrin mənim şərəf və ləyaqətimi alçaltdığını bir daha bildirirəm.

Bildirmək istəyirəm ki, tabeliyinizdə olan polis işçiləri tərəfimə böhtan atıblar. “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq” adı ilə şərlənmişəm. Əgər polis rəisi müavini Vüsal Əliyevin maska taxmamasının ona irad tutulması bu maddəni tövsif etmək deməkdirsə, onda qanunçuluq haradadır? Mənə xırda xuliqanlıq da yazıblar. Mən xırda xuliqanlıq etməmişəm, ictimai qaydanı pozmamışam, mən heç kimi hədələməmişəm. Mənə nə deyiblərsə, hamısına əməl eləmişəm…

Bir dəfə internetdə axtarış edin və görəcəksiniz ki, işçiniz Vüsal Əliyev və onun əmrində olanlar polis adını ləkələyir və Ağsu camaatını narazı salırlar. Mən şəxsən protokolun yerində tərtib edilməməsini rüşvətxorluqla əlaqələndirirəm və bu haqda şikayətlərin başıma gəldikdən sonra haqlı olduğunu düşünürəm… Mən polis rəisinin müavini Vüsal Əliyevin maska taxmadığı halda məni maska taxmamağa görə cərimələməsinin qanuna zidd və qeyri-bərabərlik olduğunu düşünürəm… Mənim hüquqlarımın bərpa olunmasına köməklik göstərməyinizi, günahkarların araşdırılmasını və cəzalandırılmasını xahiş edirəm.”

Azpolitika.info

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"