Surət Hüseynova qarşı əməliyyat hazırlanması haqda informasiyanı Etibar Məmmədova kim verib?

10 iyun, 2021 10:54

“Ona bizim partiyanın qərargahını mühasirəyə alaraq məni bir siyasi lider kimi təcrid etmək də tapşırılmışdı...”

28 il öncə baş vermiş Gəncə hadisələrindən iki gün öncə, yəni 1993-cü il iyunun 2-də AMİP lideri Etibar Məmmədov Milli Məclisin iclasında  bəyan edib ki, hakimiyyətin Surət Hüseynova qarşı əməliyyat planlaşdırdığı haqda məlumat alıb. Maraqlıdır, görəsən, o zaman iqtidara müxalifətdə olan bir partiyanın lideri  kimdən alıb həmin informasiyanı? Yəqin ki, bu məlumatı AXC hakimiyyətində yüksək vəzifədə olan şəxslərdən biri və ya onların yaxınları çatdırıb...

Bununla bağlı suala istiqlalçı deputat belə cavab verib: 

“Bəli, 1993-cü il iyunun 2-də ondan bir neçə gün öncə aldığım məlumatı Milli Məclisin iclasında elan etmişəm və bildirmişəm ki, belə bir əməliyyat hazırlanır. Ancaq xəbərdarlıq etmişəmki, bu, yaxşı nəticələrə gətirib çıxarmayacaq və bunu dayandırmaq lazımdır. Və ondan sonra da o vaxtkı Baş nazir Pənah Hüseynovla görüşüb ona da xəbərdarlıq etmişəm. Ancaq onlar nəticə çıxarmaq əvəzinə, iyunun 4-dən 5-ə keçən gecəyə hazırlanmış əməliyyatı bir gün əvvələ şəkib 3-dən 4-ə keçən gecə həyata keçirməyə çalışdılar. Nəticə də çox pis oldu.  Hakimiyyətdəkilər anlamalıydılar ki, əməliyyat haqda öncədən xəbər yayılmışdısa, deməli, bu, qarşı tərəfə də məlumdur, odur ki, uyğun tədbirlər görmək gərəkdir. Lakin heç bir tədbir görmədilər. Və ikincisi isə, həmin hadisələr əgər hansısa konkret hərbi hissədə qiyam nəticəsində baş vermişdisə, bu, rəsmiləşdirilməli idi. Ancaq indiyədək heç kəs Gəncədə hərbi hissənin tabeçilikdən çıxması haqda bir sənəd görməyib. Elə bir sənəd yoxdur. Halbuki həmin sənəd əsasında tabeçilikdən çıxmış hərbi hissə barədə qanuni tədbirlər elan olunmalı idi. Bunların heç biri edilməyib və nəticədə idarəçilikdə də pərakəndəlik yaranıb və bu da az qala yenicə yaranmış müstəqil dövlətin çökməsinə gətirib çıxaracaqdı...”

Məcburən təkrar verilən “Sirr deyilsə, kim vermişdi sizə o məlumatı?”oxşar sualını isə Etibar Məmmədov bu  cür cavablandırıb:

“Bəhs edilən əməliyyatda iştirak edəcək hərbi hissə komandirlərindən biri... Ona bizim partiyanın qərargahını mühasirəyə alaraq məni bir siyasi lider kimi təcrid etmək də tapşırılmışdı...”. 

Moderator.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR