Abel Məhərrəmovun usta və fəhlələrə 811 min manat borcu qalıb - QALMAQAL

10 iyun, 2021 17:33

Yasamal rayon Məhkəməsi Bakı Dövlət Universitetinin sabiq rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Abel Məhərrəmova qarşı iddianı təmin edib.

Azsiyasət.com virtualaz.org-a istinadla verdiyi xəbərə görə, iddiaya əsasən sabiq rektor 811 min manat vəsait ödəməli olacaq. Bir neçə nəfərin iddiası üzrə keçirilən məhkəmədə Abel Məhərrəmovun işlətdiyi usta və fəhlələrin pullarını vermədiyi müəyyən edilib. İddiaçıların sözlərinə görə, görülən işlərə Bakı Dövlət Universitetinin sabiq prorektoru Nəbi Ramazanlı rəhbərlik edib.

İddiaya görə, Bakı şəhəri, Süleyman Dadaşov küçəsində 4 mərtəbəli villa inşa etdirən Abel Məhərrəmov müqaviləyə əsasən pilləkənlərin, mansardın quraşdırılması, şəbəkələrin hazırlanması və quraşıdırılması, istilik sistemi və digər işlər üçün 90 min 300 manat ödəməlidir. Rektor özünə məxsus olan “Mona Liza” şadlıq sarayında bar, mebel və s. işlər gördürüb. Buna görə də əmək haqqı kimi hesablanan 70 min manatdan cəmi 25 min manat ödəyib.

Abel Məhərrəmov həmçinin Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kvadrat metr olan kitab mebeli, mətbəx mebeli üçün də ödəniş etməyib.

Sabiq rektor Bakı şəhəri, Şərifzadə küçəsindəki “Qlobus” uşaq bağçasında materialı ustalardan olmaqla ümumi dəyəri 80 min manat olan işlər gördürüb. Burada qapıların, mebelin yığılması, çarpayıların hazırlanmasına görə yalnız 15 min manat ödənilib. Qalan 65 min manat ödənilməyib. Akademik ustalara Nabranda da iş gördürüb, pulunu verməyib.

Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15 min manat olan qapıların quraşdırılması, 4000 kvadrat metr sahədə ümumi dəyəri 160 min manat olan üzləmə işlərinin icrası, mebellərin yığılması üzrə ümumi dəyəri 20 min manat, barların yığılması üzrə ümumi dəyəri 15 min manat olan işlərin icrasına görə ödəməli olduğu 210 min manat əvəzinə cəmi 24 min manat verib. Rektor bu günə kimi 186 min manat borcunu ödəməyib.

Akademikə qarşı ümumilikdə bir neçə epizod üzrə 811 min manat pul iddiası irəli sürülüb. Məhkəmə iddianı təmin edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR