Rəis müavini qardaşları polis şöbəsində döydürüb - VİDEO

11 iyun, 2021 13:32

Cəlilabad rayon sakinləri olan qardaşlar polis şöbəsində rəis müavini Rövşən Quliyev və əməkdaşları tərəfindən döyüldüklərini iddia edirlər.

Azsiyasət.com xəbər verir ki, qafqazinfo.az-a müraciət edən Rauf Əmənov bildirib ki, iyunun 8-i gecə saat 12 radələrində əməliyyatçı Səbuhi adlı şəxs qardaşları Ramil Əmənov və Toğrul Rizvanlını şöbəyə çağırıblar:

“Rəis müavini Rövşən Quliyev otaqda onları nalayiq ifadələrlə söyüb, təhqir edib. Daha sonra onların hər ikisinin qollarını qandallayaraq ayrı-ayrı otaqlarda döyüblər”.

Ramil Əmənov bildirib ki, otaqda Rövşən Quliyevin cəlilabadlıları təhqir etməsinə etiraz edib: 

“Buna görə rəis müavini Rövşən və əməkdaşları səhərə kimi gəlib-gedib bizi döydülər. Səhər isə polis rəisi dedi ki, sizə qarşı yanlışlıq olub, bu işi barışıqla həll edək. Şöbədən çıxandan sonra polis rəisi Mübariz Quliyev bizim telefonlarımızı qaytarmaq barədə göstəriş versə də, Rövşən Quliyev qaytarmadı”.

Rauf Əmənov da qeyd edib ki, Vəkillər Kollegiyasının üzvü olan digər qardaşı Tural Əmənovla birgə gecə saatlarından səhərə kimi şöbənin önündə gözləsələr də, onları içəri buraxmayıblar: 

“Səhər saat 10-da vəkil Tural Əmənovu şöbədə rəis Mübariz Quliyev qəbul etdi. Qardaşlarımı 12 saat polis bölməsində saxladıqları zaman onlar təhqir olunub, heç bir məhkəmə qərarı və ya ifadələri alınmadan əlləri qandallanıb, ciddi şəkildə bədən xəsarətləri yetirilib”.

Toğrul Rizvanlı da hadisə ilə bağlı bildirib ki, şöbədə qoluna qandal vuraraq onu döyüblər: 

“Qulağıma təpik vurdular, başım yerə dəydi”.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinə müraciət etdik. DİN-in Lənkəran regional qrupundan Qafqazinfo.az-a bildirilib ki, həmin şəxslərin iddiaları həqiqəti əks etdirmir: “Bakı şəhər sakini olan bir nəfər şəxs Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edib. O bildirib ki, Cəlilabad rayon sakini olan Toğrul Rizvanlı onun həyat yoldaşına zəng edərək etikadan kənar ifadələr işlədib, bunun səbəbini öyrənmək üçün həmin şəxslə görüşdükdə isə T.Rizvanlı bir neçə tanışı ilə birlikdə onu vuraraq xəsarət yetirib.

Müraciətlə əlaqədar Cəlilabad RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırma zamanı T.Rizvanlı şöbəyə dəvət olunub. Qardaşı ilə birlikdə Cəlilabad RPŞ-yə gələn həmin şəxs şöbənin inzibati binasına daxil olan kimi uca səslə nalayiq ifadələr işlədib. Bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının üzərinə hücum çəkərək onların ünvanına xoşagəlməz ifadələr işlədib, xidməti otaqlardan birində stolları aşıraraq normal xidməti fəaliyyətin pozulmasına yönəlmiş hərəkətlər edib.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır”.

Qeyd edək ki, Toğrul Rizvanlı Vətən müharibəsi iştirakçısıdır. Leytenant rütbəsində olan T. Rizvanlı “Cəbrayılın azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif edilib.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR