“İcra başçısı dəbdəbəli həyat tərzi sürür” yazan hüquqşünasın həbsi tələb edilir

25 avqust, 2020 11:44

İcra başçısı sosial şəbəkədə onu tənqid edən hüquqşünası məhkəməyə verib.

Azsiyasət.com saytı musavat.com-a istinadən xəbər verir ki, Balakən sakini, hüquqşünas Fərid Qəribov öz feysbuk səhifəsində status yazıb.

Qəribov statusunda icra başçısı İslam Rzayev haqqında tənqidi fikirlər qeyd edib. O yazıb ki, Balakəndə əhali içməyə su tapmır, amma icra başçısı dəbdəbəli həyat tərzi sürür. Hüquqşünas yazıb ki, icra başçısının oğlu dövlət işində işləyir, maaşına adekvat olmayan bahalı avtomobil sürür, rayondakı imkansız əhalinin torpaqları ələ keçirilib. Bundan başqa, Fərid Qəribov qeyd edib ki, rayonda icra başçısı onun haqqında tənqidi fikirlər yazanları hədələyir. Bu fikirlərinə görə icra başçısı onu məhkəməyə verib.

Başçı xüsusi ittiham qaydasında iddia qaldırıb və hüquqşünasın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. F.Qəribov deyir ki, icra başçısı ona xəbərdarlıq da göndərib.

İcra başçısı məhkəməyə təqim etdiyi iddia ərizəsində yazıb ki, Fərid Qəribovun onun haqqında yazdıqları böhtandır. İcra başçısı bununla təhqir olunduğunu qeyd edib və Fərid Qəribovun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Əgər məhkəmə icra başçısının iddiasını təmin etsə, Fərid Qəribov Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə 2 ilə qədər islah işləri, yaxud 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdam məhrumetmə və 148-ci maddəsi ilə isə 1000 manatdan 2000 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilə qədər islah işləri, yaxud da 6 aya qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR