Bu şəxslər YAP-da tutduqları önəmli vəzifələrdən uzaqlaşdırılmalıdır

28 avqust, 2020 00:10

Son günlər cəmiyyətimizdə baş verən xoşagəlməz vəziyyət bir sıra məsələlərlə bağlı suallara aydınlıq gətirdi. Aydın olan ən əsas məqamlardan biri o oldu ki, uzun illər ərzində dövlətdə yüksək vəzifə sahibi olanlar, sadə bir inzibati xətanın məsuliyyətindən yayınmaq üçün, öz aralarında illər boyu mövcud olan qarşılıqlı münasibətlərdən tutmuş dövlət maraqları da daxil olmaqla, hər şeyi qurban verəcək qədər təhlükəlidirlər və bu şəxslərin əsl üzlərini, ancaq özlərini biri-birilərinə ifşa etdirmək yolu ilə cəmiyyətə çatdırmaq olar. Eyni zamanda, dövlət idarəçiliyi sahəsində özləri barəsində süni şəkildə “dahi idarəçi”, “əvəzolunmaz kadr”, “təkrarolunmaz şəxs” və digər mübaliğəli obrazlar formalaşdırmış bu insanların, əslində “dövlət qalxanı”ndan yalnız öz maraqları üçün istifadə etmək və dara düşəndə hər bir addıma əl atmaq kimi bir sıra neqativ xüsusiyyətlərdən başqa, heç bir müsbət keyfiyyətə malik olmadıqları məlum oldu.

Bununla da, mühüm bir həqiqət bir daha təsdiqini tapdı ki, belələri ilə dövlətin idarə edilməsi həqiqətən də çox təhlükəlidir, onların hazırki gənc, bacarıqlı, dürüst və operativ kadrlarla əvəz olunması bir tarixi zərurətdir. Çünki hər bir cəmiyyətdə və dövlətdə inkişafın təməlini, zamanın və dövrün nəbzinə uyğun yeniliklər və dəyişikliklər təşkil edir. Bu cür yenilikləri və dəyişiklikləri həyata keçirmək üçün isə, müasir düşüncəli, innovativ təfəkkürə malik və ölkəsini inkişafa aparacaq yeniliklərə açıq olan şəxsiyyətlər lazımdır.

Dövlət idarəçiliyi və diplomatiya dahisi U.Çörçill deyirdi ki, “öz fikrini dəyişə bilməyən, heç nəyi dəyişə bilməz”. Ölkəmizdə uzun müddət arxaik düşüncə tərzli, şəxsiyyətlərinə pərəstişi və öz maraqlarını hər şeydən üstün tutan yüksək vəzifə sahibləri ilişib qaldıqları anti milli təfəkkür burulğanında özləri ilə yanaşı, dövlətimizin də dəyişilməsinə mane olublar. Baş verənlər, on illiklər keçsə də, bu şəxslərin mövqe və düşüncələrində heç bir dəyişikliyin olmadığını və bu problemin yeganə həlli yolunun “özü dəyişilməyənin, özünü dəyişərlər” taktikasından keçdiyini ortaya qoydu.

Ümumiyyətlə dövlətdə dəyişiklik və kadr islahatlarının aparılması çox geniş və mürəkkəb bir prosesdən keçir ki, dövlətimiz də, artıq bu istiqamətdə böyük işlər görməkdədir. Sadəcə, zaman-zaman cəmiyyətdə aktuallaşan problemlər islahatların aparılması istiqamətlərində və təsir dairəsində müəyyən dəyişikliklərə rəvac verir. Bu gün cəmiyyətimizdə baş verən olaylar, ölkə üzrə kadr islahatlarının aparılmasının daha da sürətləndirilməsini, onun təsir dairəsinin mümkün qədər genişləndirərək islahatlara hələ ki, məruz qalmayan və ciddi problemlərin mövcud olduğu bəzi ölkə əhəmiyyətli qurumları və mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə etməsinin vacibliyindən xəbər verir.

Düşünürəm ki, hazırda ölkəmiz üçün həyati əhəmiyyət daşıyaraq, bilavasitə və ya dolayı yolla dövlətin həm daxili, həm də xarici siyasətinin müəyyən olunmasında, ictimai-siyasi və ideoloji mühitin formalaşmasında əvəzolunmaz rola malik olmalı olan, hakim Yeni Azərbaycan Partiyasının daxilində də ciddi dəyişikliklərə və yeniliklərə ehtiyac vardır. Bu dəyişiklikləri zəruri edən bir sıra vacib əsaslar mövcuddur.

Bunlardan biri ondan ibarətdir ki, partiyanın rəhbər qurumlarında hazırda kifayət qədər yaşı olan və eyni zamanda təqaüddə olan şəxslər vardır. Bu şəxslərin yaşları ilə əlaqədar çalışdıqları vəzifələrdən təqaüdə çıxmaları, onların partiyanın sıravi üzvü olmalarına mane olmasa da, partiyanın rəhbər və idarəedici qurumlarında təmsil olunmağa və bunun effektiv olacağına da heç bir əsas vermir.

YAP-ın rəhbər strukturlarında və onun rayon təşkilatlarında dəyişikliklərin labüdlüyünü şərtləndirən əsas amillərdən biri də, hazırda yaşadığımız informasiya erasının qaydaları ilə bağlıdır. Bildiyimiz kimi, bu gün bütün dünyanın nəbzi sosial şəbəkələr və bu kimi digər internet resursları ilə döyünməkdədir. Bunu, mövcud pandemiya şəraiti də, bir daha sübuta yetirdi ki, bundan sonra bu cür qlobal bəlalardan sığortalanmayan dünyada vacib əhəmiyyətli tədbirlərin elektron platformalar vasitəsi ilə həyata keçirilməsinə hələ uzun müddət ciddi ehtiyac duyula bilər. Eyni zamanda da, bu metod, həm operativlik, həm sərf olunan maliyyə vəsaitləri və həm də, bir sıra digər nüanslar baxımından ötən dövrlərdə istifadə olan ənənəvi metodlardan daha çox məqsədəmüvafiqdir. Bu metoddan istifadə imkanlarının mövcudluğu üçün, vacib şərtlərdən biri sosial mediada və sosial şəbəkələrdə aktivlik amili zəruridir.

Ancaq bu gün diqqət etsək, 750 mindən artıq üzvü olan hakim partiyanın cəmiyyətə tanış olan üzvlərinin çox az bir hissəsi sosial şəbəkə istifadəçisidir və onların da, yalnız bir qsimi bu platformada aktivlik göstərir. Təsadüfi deyil ki, bir müddət öncə vətəndaşlarımıza və soydaşlarımıza qarşı dünyanın ayrı-ayrı ölkələrində hazırlanan təxribatlarla bağlı ölkəmizin Birinci Vitse-prezidenti hər birimizə müraciət ünvanladı. Ölkəmizlə yanaşı dünyanın bütün nöqtələrində yaşayan soydaşlarımıza informasiya erasında yaşadığımız dövrdə ölkəmizə və xalqımıza qarşı daha məkrli planların sosial şəbəkə platformalarında hazırlandığını və bu cəbhədə də, daha diqqətli olaraq mənfur düşmənlərimizin informasiya təxribatlarına heç bir halda uymamaqla bağlı tövsiyələrini verdi. Müraciətdə toxunulan ən əsas məqamlardan biri də, müraciət müəllifinin “Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında” kimi fikirləri idi. Bu o deməkdir ki, ölkəmizdə siyasi və ideoloji mühitin formalaşmasında digər sahələrə nisbətən daha çox məsuliyyət daşıyan partiyanın hər bir üzvü, həm də, kompyüter qarşısında mümkün qədər aktivlik göstərməlidir.

Düşünürəm ki, bu gün partiyamızın yüz minlərlə nisbətən gənc, operativ və internet platformalarında çox aktiv olan üzvləri mövcuddur ki, onların bütün bacarıq və keyfiyyətlərindən istifadə etmək dövlətimiz və dövlətçiliyimiz üçün böyük imkanlar yarada bilər. Mən öz təcrübəmə əsaslanıb deyə bilərəm ki, hələ də müəyyən şəxslərin hansısa şəxsi maraqlarına görə buna imkan verilmir. Mən, artıq on ildən çoxdur ki, əmək fəaliyyətinə başladığım dövrdən partiyaya üzvlüyə qəbul olunmuşam. Bu dövr ərzində, müəyyən qədər də olsa, ənənəvi və sosial mediada aktiv olmağıma baxmayaraq dəfələrlə təmsil olunduğum partiyanın tədbirlərinə nəinki dəvət olunmamışam, hətta iştirakla bağlı öz təşəbbüslərim belə cavabsız qalmışdır.

Bütün bu səbəblərdən də düşünürəm ki, hazırda hakim YAP-da da ciddi islahatlar aparılmalı, yüz minlərlə gənc, enerjili və bacarıqlı üzvlərdən xalqımızın, dövlətimizin və dövlətçiliyimizin inkişafı istiqamətində düzgün istifadə olunması üçün, uzun illər buna imkan verməmiş şəxslər müəyyənləşdirilib tutduqları mühüm postlardan uzalaşdırılmalıdır.

Politoloq Xəyal Bəşirov

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi