Paşinyan Xankəndi aeroportunda qarşılandı
29 avqust, 2020 16:00
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağa yola düşüb. Armenpress-in məlumatına görə, separatçı rejimin başçısı Arayik Arutyunyan 29 avqust 14.36-da Xankəndi hava limanında Ermənistanın Baş naziri Nikol Paşinyanı qarşılayıb.
Məlumatda deyilir ki, Baş nazir Paşinyan işgüzar səfərə gəlib. Paşinyanla Arutunyan yaxın vaxtlarda rəsmi görüş keçirəcəklər. Paşinyanın Qarabağın digər bölgələrinə də səfəri planlaşdırılır.
Qeyd edək ki, Paşinyan "Facebook" səhifəsində canlı yayım açaraq "Proqramımıza uyğun olaraq, biz Dağlıq Qarabağa getməliyik" demişdi.