Azərbaycanlılar Almaniyadan kütləvi deportasiya edilir - Aralarında radikallar da var
31 avqust, 2020 02:04
Azərbaycanlılar Almaniyadan kütləvi deportasiya ediləcək.
Azsiyasət.com saytı xəbər verir ki, sentyabrın 3-ü Düsseldorf Hava Limanından çarter reysi baş tutacaq. Almaniyada qaçqın statusu ücün müraciət etmiş və müraciətlərinə rədd cavabı veriləndən sonra orada qanunsuz yaşayan 50-yə yaxın azərbaycanlı Readmisiya sazişinə uyğun olaraq ölkəyə qaytarılacaq.
Qeyd edək ki, deport olunanlar arasında hökumət əleyhinə radikal çıxış edən şəxslər də var.