Vasif Talıbovun Ramiz Mehdiyevə hədiyyə etdiyi villa - FOTOLAR

05 sentyabr, 2020 12:16

Azərbaycan Respublikası hər il Naxçıvan MR-a yüzmilyonlarla dollar vəsait ayırır. Məqsəd blokada şəraitində yaşayan və ciddi sıxıntılarla qarşılaşan “kiçik torpağ”ın insanların sosial rifah halını yaxşılaşdırmaq, iqtisadi çətinlikdən qurtarmaqdır.

Naxçıvan MR hakimiyyəti hər il ayrılan bu vəsaitlərlə bölgəni dünyanın bəlkə də ən inkişaf etmiş coğrafiyasına çevirə bilərdi. “Kiçik torpağ”ın əhalisinin vəziyyəti isə düzəlmir. İqtisadi çətinliklər, dolanışıq dərdi naxçıvanlıları ata-baba yurdlarını tərk edib qonşu ölkələrə sığınmağa vadar edir. Naxçıvan isə günü-gündən çiçəklənir, yeni evlər, villalar tikilir, gözoxşayan yollar salınır. Zahirən insansız cənnətə çevrilən bu diyarda batini bir cəhənnəm əzabının yaşandığı heç kimə sirr deyil.

Ovqat.com yazır ki, məlumata görə, Naxçıvan əhalisinin rifahına yönəldilən dotasiyalardan Azərbaycan hakimiyyətində təmsil olunan "5-ci kolon"un rəhbərlərinə də ciddi pay çatırmış. Konkret desək, Naxçıvan hakimiyyəti dotasiyaların ardı kəsilməsin deyə, rəhbər şəxslərə xeyli səxavətli davranır və onlara Muxtar Respublikanın dilbər güşələrində villalar tikib hədiyyə edirmiş.

Aşağıda kosmosdan çəkilmiş fotolarını təqdim etdiyimiz bu villa Naxçıvan şəhərinin ən gözəl məkanlarından birində inşa olunub. Naxçıvan şəhərinin qədim yaşayış massivlərindən sayılan köhnə adıyla Çuxur məhəlləsi, indiki adıyla İslam Səfərli küçəsində tikilən bu malikanə “Böyük bağ” adalanan ərazinin həndəvərində yerləşir.

Tikintini Vasif Talıbova məxsus “Gəmiqaya” Holdinq həyata keçirib. Deyilənlərə görə, gözoxşayan bu malikanənin tikintisinə şəxsən Vasif Talıbovun özü nəzarət edirmiş. Vaxtaşırı bu əraziyə gəlib inşa işləriylə maraqlanan Cənab Sədrin diqqəti sayəsində ərsəyə gələn malikanə kimə məxsus olsa yaxşıdır?

Yox, bilmədiniz. Bu malikanə heç də ölkənin birinci şəxsi üçün inşa olunmayıb. Heç Azərbaycanın Baş naziri də bu iltifata layiq görülməyib. Bəs kimdir Naxçıvan Ali Məclisinin sədrinin xüsusi diqqət ayırdığı, binəva naxçıvanlıların boğazından kəsib malikanə tikdirdiyi bu mümtaz şəxsiyyət? İnanmayacaqsınız, Azərbaycanda 5-ci kolonun rəhbəri kimi tanınan Ramiz Mehdiyev.

Bəli, gözləriniz sizi yanıltmır. Söhbət Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti, ölkə rəhbərinin tələblərini belə qulaqardına vuracaq qədər özünü imtiyaz sahibi kimi görən akademikdən gedir. 

Maraqlıdır ki, Vasif müəllimin bu böyük iltifatına layiq görülən Ramiz Mehdiyev Naxçıvan hakimiyyətinin Azərbaycanın milli maraqlarını ayaqları altına salıb tapdaladığı halda mükafatlandırılan ilk məmur da deyil. Bir zamanlar MTN sefi olan və Azərbaycanın iş adamlarına qan udduran Eldar Mahmudov da Naxçıvanda xüsusi diqqət ayrılan şəxsiyyətlərdən sayılırdı. Hətta Muxtar Respublika rəhbərliyi onun atasının adına məktəb açmış, heykəl belə, ucaltmışdı. Eldar Mahmudov vurulan kimi onun atasının şanını daşıyan məktəbin adı dərhal dəyişdirildi, heykəl yerlə yeksan olundu. Çünki Vasif müəllimin artıq bu iltifatın gətirəcəyi siyasi və ya iqtisadi dividentə də ehtiyacı qalmamışdı.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR