Gömrük generalı Fikrət Qədiməliyevin oğlunun İngiltərədəki şirkətlərinin siyahısı - FOTOLAR

06 sentyabr, 2020 12:37

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü "dərman işi" ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevin oğlu da İngiltərədə bir neçə şirkət təsis edib.

Azsiyasət.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook profilində məlumat yayıb.

Generalın oğlanları onun yolunu davam etdirirlər, hər ikisi ixtisasca uroloqdur. Böyük oğlu Fərid Qədiməliyev Gömrük Hospitalının urologiya bölməsinin rəisidir.

Kiçik oğlu - 1987-ci il təvəllüdlü Emil Qədiməliyev isə uroloqdur, İngiltərə vətəndaşıdır.

Emil Qədiməliyev bu il iyulun 15-də Londonda Britaniya vətəndaşı Rina Patellə 3BEAM LTD şirkətini təsis edib. Şirkət tibb sahəsində fəaliyyət lisenziyası əldə edib.

Emil Qədiməliyev ötən ilin ilin avqustunda həmin şəxslə daha bir tibbi şirkəti - APEG IMAGING (UK) LTD-ni qeydiyyatdan keçirib.Ötən ilin avqustunda isə gömrük xidməti general-mayorunun oğlu Londonda 2014-cü ildən fəaliyyətdə olan ACUITUS CONSULTING LTD maliyyə şirkətinin səhmdarları sırasına qatılaraq Direktorlar Şurasına qəbul olunub. Ötən ilin yanvarında o həmçinin, TDP LIMITED0-in direktorlarının biri olub.

Emil Qədiməliyevin digər ortaqları ilə qurduğu daha bir şirkət - CORNER SQUARE LIMITED 2018-ci il dekabrın 13-də Britaniya Şirkətlər Evində qeydiyyata alınıb. Ötən ilin fevralın 4-də şirkət London Haddon 4 ünvanında fəaliyyət göstərən AUBAINE restoranını icarə götürüb.

Emil Qədiməliyevin 2018-ci ilin dekabrında qeydiyyatdan keçirdiyi GLOBAL HEALTH PARTNERS LTD isə ötən ilin oktyabrında ləğv edilib.

O, 2018-ci ilin noyabrında təsis etdiyi ALLIANCE EQUITY PARTNERS LTD adlı şirkətin də sahibidir, 2018-ci ilin dekabrında qeydiyyatdan keçmiş TOTAL NIGHT LIMITED-nin 4 təsisçisindən biri olub. TOTAL NIGHT LIMITED  SIC (biznes növü) təsnifatı üzrə 56302 saylı fəaliyyət hüququ əldə edib. Bu təsnifat üzrə şirkətə publik evlər və barlar (Public houses and bars) işlətmək hüququ verilir. Bu ilin yanvarında o həmin şirkətin direktoru vəzifəsini tərk edib.

Emil Qədiməliyevin adı 2015-2018-ci illərdə ACUITUS MEDICAL LTD şirkətinin direktorları sırasında keçib. Şəxsi Linkedin hesabında yer alan məlumatlara görə isə Emil Qədiməliyev həm də  V-NOVA LIMITED-in ( kompüter proqramları təminatı) Londonun Mayfair, Piccadilly 46 ünvanındakı WASHI zərgərlik dükanının investorlarındandır.

2018-ci ilin aprelin sonunda Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin ifşa olunması barədə  məlumat yayılmışdı. Həmin iş üzrə gömrük general-mayoru Fikrət Qədiməliyev və daha bir neçə şəxs vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb olunmuşdu. İş üzrə təqsirləndirilənlər ötən ilin martında məhkəmə zalından azadlığa buraxılıblar.

Fikrət Qədiməliyev ötən ilin oktyabrında "MedEra Hospital”ın Tibbi direktoru təyin edilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR