Ordu bölmələri də karantinə cəlb olundu
03 iyul, 2020 14:32
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik qeyd edib ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.