Azərbaycanla Türkiyə razılığa gəldi - Birgə media platforması yaradılır

07 sentyabr, 2020 16:03

Türkiyə mətbuatı İstanbulda səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşünün detallarını açıqlayıb.

Fəxrəddin Altun və Hikmət Hacıyev təkbətək görüşdən sonra iki ölkənin media və rabitə qurumlarının yüksək səviyyəli rəsmilərinin iştirakı ilə nümayəndə heyətləri arasında baş tutan  görüşə rəhbərlik ediblər. Həm Türkiyə, həm də Azərbaycanın həyati maraqları və mövcudluğuna yönəlik müxtəlif təhdidlərlə qarşılaşdığına diqqət çəkən Altun bu hücumların türk millətinə və türk topluluğuna qarşı olduğunu qeyd edib.

Türkiyə ilə Azərbaycanın “iki dövlət, bir millət” şüarıyla hərəkət etdiyini bildirən Altun Prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu anlayışın sadəcə sözlərdən ibarət olmadığını bütün dünyaya göstərdiyini vurğulayıb: “Bu qardaşlığı son illərdə artan iş birliyi ilə taclandırdıq. Xüsusilə İctimaiyyətlə Əlaqələr İdarəsi səlahiyyətinə aid olan bütün məsələlərdə Azərbaycanla daha sıx əməkdaşlıqda olmaq istəyirik”.

Beynəlxalq və regional mövzularda qarşılaşdıqları fürsət və çətinliklər qarşısında iki ölkənin birlik və həmrəyliyini ən yüksək səviyyədə qoruyacağını söyləyən Altun, “Beynəlxalq nizamın dağılmaq üzrə olduğu və hər sahədə olduğu kimi yeni dünya nizamının hələ qurulmadığı bu xaos və təlatüm mühitində kommunikasiya sahəsində yalnız birlikdə qalib gələ bilərik. Prezidentimizin Bakı səfəri zamanı təməlini qoyduğumuz yeni əməkdaşlıqları konkret addımlara çevirmək istəyirik. Qlobal şərtləri nəzərə alaraq bunun bir seçim deyil, bir öhdəlik olduğu başa düşüləcək”,-deyə sözlərinə əlavə edib.

Türkiyə ilə Azərbaycan arasında media, rabitə və xalq diplomatiyasında iş birliyinin inkişaf etdirilməsinin həyati bir məsələ olduğunu ifadə edən Altun, milli və beynəlxalq cəmiyyətə məlumatların sürətli çatdırılmasından məlumatların təhrif olunması, yalan xəbərlər və dezinformasiyaların yayılmasına qarşı mübarizəyə qədər geniş sahədə Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın həyata keçiriləcəyini bildirib. Altun, “Bu baxımdan Türkiyə-Azərbaycan Media Platformasını qurmaq üçün razılığa gəldik. Bu platforma sayəsində iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsini, ictimaiyyətin məlumatlandırılması mövzusunda effektiv fəaliyyət göstərməsini, xüsusən də sosial media tərəfi ilə ortaya çıxan xarici qara təbliğatla mübarizə mövzusunda ortaq strategiyaların yaradılmasını qiymətləndirdik”.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə iqtisadiyyatının xarici siyasətinə qədər bütün sahələrdə qazanılan uğurların Azərbaycanı da xoşbəxt etdiyini bildirərək, “Məqsədimiz qardaşlığımızı daha da inkişaf etdirmək və gücləndirməkdir”,- deyə qeyd edib.

H.Hacıyev televiziyadan kino sahəsinə qədər bütün sahələrdə ortaq layihələrin yaradılması, peşə təhsili ve inkişaf proqramlarının hazırlanması, texnologiya ve təcrübələrin paylaşılması ilə birlikdə iki ölkəyə qarşı aparılan qara kampaniyalarla mübarizə məsələlərində Türkiyə ilə əməkdaşlığın gücləndirilməsindən məmnun olduğunu bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR