"Mən indi məşhur olan adamları vaxtilə belimə mindirmişdim ki, boyları yaxşı görünsün" - Seyran Səxavət

09 sentyabr, 2020 19:02

Azərbaycan cəmiyyəti hər zaman müxtəlif kontekslərdən tənqid olunur. İnsanlar çox vaxt öz uğursuzluqlarına “şərik” axtarır. Müvəffəqqiyətsizliklərini başqalarının ayağına yazmağa çalışır, bəzən bir-birinin quyusunu qazırlar. 

Azsiyasət.com xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan yazıçı Seyran Səxavət bunu hamıya şamil etməyin düzgün olmadığını deyib:

“Bu məsələ hər zaman gündəmdə olmalıdır. “Bütün Azərbaycan bir-birinin ayağının altını qazır” demək də qətiyyən düzgün deyil. Ümumiyyətlə, bu fikri yığışdırmaq lazımdır. Adi bir misal çəkək, bir uşağa davamlı olaraq “Sən pis uşaqsan” desən, o heç vaxt yaxşı olmaq haqqında fikirləşməyəcək. Deyəcək ki, onsuz da yaxşı olsam da, pissən deyəcəklər. Bu psixoloji məqamdır. Millət də uşaq kimi bir şeydir, həddi-büluğa çatmır, həmişə uşaqdır. Ona görə də bu tip söz-söhbətləri yığışdırmaq lazımdır. Əgər mənim iradəmlə olsaydı bu söhbəti tamamilə yığışdırardım. Bu günə qədər adamlar olub ki, artıq onlar məşhurdurlar. Mən vaxtilə nəinki onların ayağından çəkmək, əksinə belimə mindirmişəm ki, bir az da boy-buxunları yaxşı görünsün. Söhbət ədəbiyyat sahəsindən gedir. Ümumiyyətlə ictimai sahədə, ədəbiyyatda və başqa yerlərdə o qədər yaxşı insanlar var ki, onlar başqalarının əlindən tuturlar, köməklik göstərirlər. Bir məsəl var, deyir, bəzən  bir dana naxırı korlayır”. 

Yazıçı belə mövzulara həssas yanaşılmalı olduğunu bildirib:

“Xainlik deyilən bir şey var, əgər siz bir qonşunuza qarşı xainlik edirsinizsə, deməli, lazım gələndə vətən xaini də ola bilərsiniz. Sadəcə miqyaslar fəqlidir. Əvvəllər mənfur, alçaq, süfrəmizin qırıntısı ilə böyüyən ermənilər bir məsəl yaratmışdılar: Erməni aşığın dilini,  müsəlman ustanın da əlini kəsmək lazımdır. Bunun da mənası o idi ki, yəni ermənidən aşıq olmaz, azərbaycanlıdan da usta. Məgər bizim ustalarımız yoxdur? Abşeron yarımadasında, bölgələrdə evlər tikilir, onlar hamısı bizim ustaların əli ilə tikilib. Belə mövzularda bir az ehtiyatlı olmaq lazımdır. Millətin boynuna qoyub demək olmaz ki, siz bir-birinizin ayağından dartırsınız. Onda həm də bir-birinə əl tutan, kömək edən millətin nümayəndələri də inciyirlər. Milli psixoloji kəsikdə bir qədər ehtiyatlı olmaq lazımdır, o kəsik minalanmış torpaq kimidir, gərək ehtiyatla addımlayıb, danışasan. 

Mən qətiyyən bu fikirlə razı deyiləm. Bu millətdə bir-birinin ayağından çəkməyi 75 ildə demək olar ki, görməmişəm. Arada qardaş-bacı arasında bəzi münaqişələr olur, amma bu dünyanın hər yerində var. Lakin millət olaraq bir-birinin ayağından çəkən millət deyilik. Çayışmayan cəhətlərimiz var, düzdür, amma bu yerdə razılaşmıram. Tək-tük kimlərsə ola bilər ki, kiminsə ayağından çəkir. Əgər ayaq bərkdirsə, ona heç nə olmayacaq, qoy çəksinlər, onsuz da zəhmətləri əllərində qalacaq”. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR