MSK ilə bağlı mürəkkəb durum: Məzahir Pənahovun "ömrü" uzadılır

10 sentyabr, 2020 18:34

Mərkəzi Seçki Komissiyası (MSK) ilə bağlı qəribə situasiya yaranıb. Seçki Məcəlləsinə əsasən, komissiya üzvləri 5 il müddətinə seçilir. MSK-nın hazırkı tərkibi 2016-cı ilin aprel ayında formalaşdırılıb. Deməli, 5 il müddətin başa çatmasına az 7 ay qalıb. 

Qanunda həm də qeyd edilib ki, parlament seçkilərindən sonra Milli Məclisin ilk iclaslarının birində MSK-nın tərkibi formalaşdırılmalıdır. Azərbaycanda son parlament seçkiləri 9 fevral 2020-ci il tarixdə keçirilib. Bu, növbədənkənar seçkilər olub. Milli Məclisin tərkibi əhəmiyyətli dərəcədə dəyişib. Yeni bitərəf deputatlar və siyasi partiyalar parlamentdə yer qazanıb. Belə olan halda MSK-nın işini mövcud tərkiblə davam etdirməsi doğrudurmu? Ümumiyyətlə, hazırki situasiyada hansı addım atılmalıdır?

AZSİYASƏT.COM xəbər verir ki, yenisabah.az məsələyə aydınlıq gətirmək üçün Aydınlar Partiyasının sədri, birinci və ikinci çağırış Milli Məclisin deputatı Qulamhüseyn Əlibəyliyə müraicət edib. MSK ilə bağlı mürəkkəb situasiyanın yarandığını bildiriən keçmiş deputat bunu qanunun qeyri-dəqiqliyi ilə izah edib.  

“Həqiqətən də mürəkkəb situasiya yaranıb. Bu da qanundakı qeyri-dəqiqliklə bağlıdır. Qanunda birbaşa yazılıb ki, yeni parlament seçkilərindən sonra Milli Məclisin ilk iclaslarının birində MSK-nın tərkibi formalaşdırılmalıdır. Burada söhbət növbəti, yaxud növbədənkənar parlament seçkilərindən getmir. Yəni, qanunda bu məsələ dəqiqiliyi ilə qeyd edilməyib. 9 fevralda keçirilən parlament seçkiləri növbədənkənar idi. Amma axı tərkibdə ciddi dəyişiklik olub. İstər bitərəf deputatların kontingetində, istərsə də, siyasi partiyaların düzlüşündə ciddi fərqlər var. Bu da MSK-nın yenidən formalaşdırılmasını zərurətə çevirir. Digər tərəfdən isə mövcud tərkibin müddəti hələ başa çatmayıb”, - deyə Qulamhüseyn Əlibəyli vurğulayıb.

Partiya sədri hesab edir ki, MSK-nın müddəti başa çatmasa da, yeni tərkib formalaşdırılmalıdır. “Hesab edirəm ki, bu tərkiblə davam etmək doğru deyil. 5 il müddəti gözləməyə ehtiyac yoxdur, MSK yenidən formalaşdırılmalıdır”, - deyə o bildirib. 

9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində formalaşan Milli Məclisin artıq yaz sessiyası başa çatıb. Deputatlar payız sessiyasına hazırlaşır. Lakin yaz sessiyasında keçirilən iclaslarda MSK ilə bağlı məsələyə toxunulmayıb. Qeyri-rəsmi məlumatlara görə, seçki komissiyalarının yenidən təşkili parlamentin payız sessiyasında baş tuta bilər. Lakin buna zidd xəbərlər də var. Həmin xəbərlərdə MSK-nın təkrar seçkilərdən sonra formalaşacağı iddia edilir. 

Konstitusiya Məhkəməsi 80 saylı İmişli-Beyləqan, 74 saylı Lənkəran kənd, 35 saylı Xətai üçüncü və 33 saylı Xətai birinci seçki dairələrinin nəticələrini ləğv edib. 116 saylı Qəbələ seçki dairəsindən deputat seçilən Fəttah Heydərov isə dünyasını dəyişib. Beləliklə, 5 dairədə təkrar seçkilər keçirilməlidir. 

Qanunvericilikdə təkrar seçkilərin keçirilmə vaxtı ilə bağlı konkret müddəa yoxdur. Növbədənkənar parlament seçkilərindən sonra məlumat yayılmışdı ki, təkrar seçkilər may ayında keçiriləcək. Gözləntilər özünü doğrultmadı. Lakin burada siyasi motiv axtarmaq doğru olmazdı. Çünki mart ayından ölkədə koronavirus infeksiyasına qarşı mübarizə başlayıb, xüsusi karantin rejimi elan edilib. Mümkündür ki, təkrar seçkilər pandemiyadan sonra baş tutsun. Pandemiyanın isə nə vaxt bitəcəyi bəlli deyil. 

Bəzi mlühazilərə görə isə parlamentin yenilənməsinə baxmayaraq MSK-nın təşkilinin yubanması Məzahir Pənahovun karyerasının ömrünü bir qədər də uzatmağa xidmət edir. O, 2000-ci ildən MSK-nın sədridir.

MSK-nın tərkibi 18 üzvdən ibarətdir. Qurumun bütün üzvləri Milli Məclis tərəfindən seçilir.

Komissiyanın 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir. 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"