"Bizim uşaqlarımızı məhv edirlər" - Deputatdan rusdilli məktəblərlə bağlı sərt açıqlama

14 sentyabr, 2020 16:44

Milli Məclisin deputatı Vahid Əhmədov bir neçə gündür ki sosial şəbəkələrdə müzakirə edilən rusdilli məktəblərin bağlanması təklifiylə əlaqədar gedən diskusiyalara münasibət bildirib.

Azsiyasət.com xəbər verir ki, V.Əhmədov qafqazinfo.az-a açıqlamasında insanların çox dil bilməsinin özü üçün müsbət hal olduğunu vurğulayıb. Bununla bərabər rusdilli məktəblərin ölkədə çoxalmasının da tərəfdarı olmadığını nəzərə çatdırıb: 

“Düzdür, Azərbaycan-Rusiya münasibətlərində bu məktəblərin olmasının da müəyyən qədər rolu olub. Bizim dövlət başçımız da balanslaşdırılmış siyasət aparır. Ancaq artıq zaman dəyişib. Biz gördük ki, 30 ildə Rusiya faktiki olaraq Azərbaycanın Qarabağ problemini həll etməyə mane oldu, ancaq biz onlarla həmişə yaxşı münasibətdə olmuşuq. Cənab Prezident onları yüksək səviyyədə qəbul edib, sazişlər, strateji müqavilələr imzalanıb. Onlar bizim qonşumuzdur. Amma bizim milli mənsubiyyətimiz, Konstitusiyamız var. Bizdə əsas olan dövlət dilidir. Ola bilsin rus dilinə, ingilis dilinə də maraq olsun. Ancaq dövlət səviyyəsində burada ehtiyatlı olmaq lazımdır. Əgər Rusiya Qarabağ probleminin həllində bizə yardım edən dövlət deyilsə, onun məktəblərinin sayını burada niyə genişləndirməliyik ki? Rusiya əksinə Ermənistana bu illər ərzində silah verib, indi də verməkdə davam edir. Həmin silahlarla da bizim uşaqlarımızı məhv edirlər”.

Deputat xatırladıb ki, Türkiyə illər öncə burada müəyyən məktəblərini açmışdı:

“Türklər bizim qardaşımızdır, onlara arxayınıq və bilirik ki, Azərbaycanın hər məsələsində, o cümlədən Qarabağ məsələsində yanımızda olurlar. Təklif edirəm ki, rus dilində də olan məktəblər də digər məktəblər kimi özəl olsun. İngilis dilində olan məktəblər bizdə dövlətin himayəsində deyil ki? Birdən-birə yox, yavaş-yavaş belə bir planlar Təhsil Nazirliyi tərəfindən hazırlanaraq hökumətə təqdim edilməlidir.

Rus dilini təbliğ etmək istəyənləri başa düşürəm. Amma onlar getsinlər Moskvaya, Leninqrada təbliğat aparsınlar, Azərbaycanın haqq səsini müdafiə etsinlər. Görək həmin adamları Rusiya televiziyalarına buraxacaqlar?! Əlbəttə, buraxmayacaqlar. Bizdə kifayət qədər savadlı rus dilini bilən insanlar var. Təəssüflər olsun ki, Rusiyada mətbuatla bağlı məsələlərdə əksəriyyət yerləri ermənilər tutublar. Rusdilli məktəbləri müdafiə edənlərin ola bilsin müəyyən maraqları var, bunu başa düşürəm, amma məktəblər özəlləşsin, kim bu dildə oxumaq istəyirsə, gedib pul verib oxusun. Niyə dövlət bunu maliyyələşdirməlidir ki? İnsanların da rusdilli məktəblərə uşaqlarını qoymağa meyli çoxdur. Ancaq dövlət səviyyəsində bu məsələlərə ciddi yanaşmalıyıq. Yavaş-yavaş öz dilimizə hörmətlə yanaşmalıyıq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR