Eldar Əzizov iki icra başçısına xəbərdarlıq etdi

16 sentyabr, 2020 12:46

Bakı şəhərində koronavirus pandemiyasi ilə bağlı bir sıra məhdudiyyətlərin mövcudluğu şəraitində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nümayəndələri gündəlik olaraq paytaxt rayonlarında olur, əraziyə baxışlar keçirərək aşkar edilən nöqsanların aradan qaldırılması üçün yerli İcra Hakimiyyətləri nümayəndələri ilə birgə tədbirlər həyata keçirilir.

BŞİH-in Mətbuat Xidmətindən bildirilib ki, həmçinin əməkdaşlar paytaxtın qəsəbə və yaşayış massivlərində karantin şəraitinin tələblərinə uyğun şəkildə əhali ilə görüşlər də keçirirlər. Qeyd olunub ki, görüşlərdə ərazidə mövcud olan nöqsanlar, onların aradan qaldırılması yolları, yeni işlərin görülməsi, qəsəbələrdə yeni abad həyət və məhəllələrin, parkların salınması və s. ilə bağlı suallar müzakirə edilir, sakinlər tərəfindn qaldırılan məsələlər qeydiyyata alınaraq onların həlli üçün müvafiq tədbirlər hazırlanır.

"BŞİH başçısı Eldar Əzizov da son bir neçə gün ərzində paytaxtın müxtəlif qəsəbə və yaşayış massivlərində olub, buradakı vəziyyətlə maraqlanıb və sakinlərlə görüşüb. Xəzər rayonunun Binə, Qaradağ rayonunun Lökbatan və Pirallahı rayonunun Pirallahı qəsəbələrindəki görüşlərdə vətəndaşları daha çox narahat edən məsələlər – məişət tullantılarının daşınması, qanunsuz tikintilərin aparılması və s. məsələlərə toxunulub, müraciət və təkliflər nəzarətə götürülüb.

Vəziyyətlə yerində tanışlıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud karantin qaydaları çərçivəsində Qaradağ və Xəzər rayonlarının İcra Hakimiyyəti Aparatlarında RİH əməkdaşları ilə keçirdiyi görüşdə ərazidəki vəziyyət, xüsusilə qanunsuz tikintilərlə bağlı konkret faktlar göstərib, cavabdeh şəxslər xəbərdarlıq edilib, 1 ay ərzində nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Eldar Əzizov bildirib ki, ölkədə cənab Prezident tərəfindən aparılan islahatlar və korrupsiyaya qarşı tədbirlər daimidir və kompaniya xarakteri daşımır. Bakı Şəhər İcra Hakimiyyəti və onun strukturlarında nizam-intizam məsələlərinin daha da gücləndirilib, kadrların fəaliyyətinə və işlərə olan nəzarət artırılıb", - deyə məlumatda bildirilir. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR