"Cindar" Hüseyn və anası "Azenco" şirkətinin rəhbərinin 217 minini necə ələ keçirib? - TƏFƏRRÜATLAR

16 sentyabr, 2020 20:59

"Azenco" şirkətinin rəhbəri Faiq Ağayevin həyat yoldaşı falçıların qurbanı olub.

Azsiyasət.com xəbər verir ki, cindar Hüseyn kimi tanınan Əlizadə Hüseyn Qağaməli oğlu və anası Lalə İbrahimova Faiq Ağayevin həyat yoldaşı Ağayeva Rübabə Cəlal qızına özlərini falçı kimi təqdim edərək onun ailəsi üzərində qara qüvvələrin hökm sürdüyünü bildirib.

Belə ki, onların evlərində, iş yerlərində caduların olması və caduların təmizlənmədiyi təqdirdə həyat yoldaşı Faiq Ağayevin ağır yataq xəstəliyinə düşar olaraq öləcəyini, hamilə olan gəlininin narahatçılıq keçirəcəyini deyib. Bundan sonra isə 2017-ci ilin aprel ayından həmin ilin sentyabr ayına kimi cindar olan ana-bala Rübabə Ağayevadan 4200 manat dəyərində 45 qram çəkisi olan 750 əyarlı qızıl kale boyunbağı, 5200 manat dəyərində 55 qram çəkisi olan 750 əyarlı qızıl kale boyunbağı, 850 manat dəyərində 9 qram çəkisi olan 750 əyarlı paxlava üzük, 1400 manat dəyərində 15 qram çəkisi olan 750 əyarlı bilərzik, 1700 manat dəyərində 18 qram qızıl çəkisi olan 583 əyarlı boyunbağı, 950 manat dəyərində 10 qram çəkisi 750 əyarlı 3 ədəd halqa şəkilli bilərzik, 4000 manat dəyərində 40 qram qızıl çəkisi olan 75 əyarlı komplekt, 1900 manat dəyərində 20 qram qızıl çəkisi olan 750 əyarlı "Fantaziya" qılzıl-üzük dəsti, 850 manat dəyərində 9 qram qızıl çəkisi olan 750 əyarlı üzük, 2550 manat dəyərində 25 qram qızıl çəkisi olan 750 əyarlı komplekt, 2400 manat dəyərində 25 qram qızıl çəkisi olan 683 əyarlı klon, 1400 manat dəyərində 15 qram qızl çəkisi olan 750 əyarlı 3 ədəd üzük , 5200 manat dəyərində 55 qram qızıl çəkisi olan 750 əyarlı kale boyunbağı dəsti, 1400 manat dəyərində ümumilikdə 15 qram qızıl çəkiləri olan 750 əyarlı 3 ədəd üzük, 5200 manat dəyərində 55 qram qızıl çəkisi olan 750 əyarlı kale boyunbağı və ümumilikdə həmin dövrlərin məzənnələrinə uyğun olaraq Azərbaycan manatı ilə 96900 manat təşkil edən 57000 ABŞ dolları, 15000 Böyük Britamiya funt-sterlinqi və 47000 manat nəğd pulu ələ keçirib ümumilikdə 216850 manat külli miqdarda maddi ziyan vurub. 

Qeyd edək ki, 2020-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Əlizadə və anası Lalə İbrahimova 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmin cinayət işində cindarlar Rübabə Ağayevadan başqa 12 nəfəri də aldadıb.

Xatırladaq ki, Rübabə Ağayevanın həyat yoldaşı Faiq Ağayev "Azərenerji"nin sabiq prezidenti Etibar Pirverdiyevin yaxın dostudur. Məlum olduğu kimi "Azenco" şirkəti Etibar Pirverdiyevə məxsusdur. Unikal.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR