"Oktyabra böyük yoluxma rəqəmləri ilə daxil olacağıq" - Məktəblər yenidən bağlanır?

19 sentyabr, 2020 10:26

Azərbaycanın ümumi təhsil müəssisələrində yeni tədris ili başlayıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isəəyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunur. 

Təhsil nazirinin əmrinəəsasən dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən) başlayıb. V-IX siniflərdə sentyabrın 15-dən distant formada başlayan dərslər oktyabrın 1-dən, X-XI siniflərdə isə oktyabrın 15-dən əyani və distant formada davam edəcək.

Lakin koronavirus hələ heç yerə qeyb olmayıb. Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. Belə iddialar var ki, payız fəsli mövsümi xəstəliklər də baş qaldıracağına görə, yoluxmalar pik həddə çatacaq, buna görə də, təhsil müəssisələri yenidən qapadılacaq.

Amma Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu cür fikirlərlə razılaşmır: “Ümumi təhsil müəssisələrinin fəaliyyəti yenicə bərpa olunub, niyə qapadırıq ki?!”

C.Valehov bununla bağlı hər hansı müzakirə aparılmadığını söylədi.

Həkim-farmakoloq, beynəlxalq “Complete-Pharma Europe” əczaçılıq şirkətinin ixrac departamentinin direktoru Müşfiq Hüseynov isə bildirdi ki, işin sonun gözləmədən nəticə çıxarmaq və sonradan peşman olmaq artıq bizdə milli xüsusiyyət halına gəlib: “Hər kəs koronavirusa bitdi gözü ilə baxır. Çox az adam maskadan istifadə edir. Hər kəsdə bir rahatlıq var. Axı, biz bu səhvi may ayında bir dəfə etdik, niyə təkrar eyni səhvləri edirik?! İyun ayına kiçik yoluxma rəqəmləri ilə çıxa biləcəyimiz halda, 600 nəfərə qədər qalxdıq. Başa salmaqdan yorulduq ki, özünüzü, ailənizi qoruyun”.

Həkim bir daha vurğuladı ki, tədbirli olmaq lazımdır.

“İkinci dalğanın başlaması ehtimalı varmı?” sualına M.Hüseynov bu cür cavab verdi: ”Çox böyük ehtimalla bəli, bu gedişlə oktyabrın ilk həftələrinə biz yenə böyük rəqəmlərlə daxil olacağıq. Məktəblər qismən və müəyyən şərtlərlə açıldı. Buna isə bir test kimi baxın”.

Mütəxəssis məktəblərin yenidən qapadılmasının mümkün olduğunu düşünür. Onun fikrincə, məktəblərdə sosial məsafənin gözlənilməsi praktik olaraq mümkün deyil: “Müəllimlərin böyük hissəsi ictimai nəqliyyatdan istifadə edir, deməli, yüksək risk altındadırlar. İstər müəllim-şagird, istər valdeyn-müəllim, istərsə də valideyn komitələri arasında ünsiyyət təhsil prosesinin ayrılmaz hissəsidir. Bu zaman sosial məsafə bir yana qalsın, maskadan belə istifadə edilmirsə, yoluxmaların sayının artması labüddür. Məktəblərdə gigiyenik şəraitə necəəməl olunur, şagirdlər hər sabah temperatur yoxlamasından keçilirmi, siniflər dərsarası dezinfeksiya olunurmu?

Suallar çoxdur, cavablar isə qaneedici deyil. Amma bəlli olan bir şey var: qapanma və ya sərtləşmə artıq çıxış yolu deyil. Biz evdə oturub, on milyonuncu vətəndaşın yoluxub-sağalmasını gözləyə bilmərik. Rəsmi statistikaya inansaq, indiyə kimi yoluxmuşların sayı əhalinin heç 3 faizi də deyil. Sonra nə olacaq? Vaksinasiyaya qədər evdən çıxmayaq? Bu, qeyri-mümkündür. Ona görə də insanların özünü qoruması üçün ictimai, hüquqi, elmi, informasiya vasitələri səfərbər olmaldır. Hər kəs bir müddət özünü qorusa, həyatımıza qaldığı yerdən davam edəcəyik”.

M.Hüseynovun fikrincə, Operativ Qərargah ilk gündən hadisələrin önündə deyil, arxasında gedir: “Əhalini də narazı salan budur. Pandemiya tək bizdədirmi? Əlbəttə yox, bütün dünyadadır. Amma heç bir ölkədə dörd ayı sərt olmaqla, altı ay davam edən karantin rejimi olmadı. Operativ Qərargah karantini iyul ayında bitirməli idi”.

“Ümumiyyətlə, qapanma çıxış yoludurmu” sualına həkim belə cavab verdi: “İlk mərhələdə başqa variant mümkün deyil. Birinci zərbəni qarşılayan zaman mütləq qapanmaya gedilməli idi, gedildi də. Bu, düzgün qərar idi. Amma qapanma tam olmalı və üç həftə sonra bitməli idi. Burada artıq verilən qərarlar yanlış oldu. Demək olar ki, bütün qərarlar yanlış oldu. Bu gün də anlamaq olmur ki, niyə qapalı məkanlarda maska taxmaqla iri ticarət mərkəzləri işləmir, amma metro açıldı? 

Metroya hər gün milyonlarla adam daxil olur. Və ya əksinə, niyə metro bağlı idi, amma avrobusda insanlar heç bir sosial məsafə gözləmədən gedirdi. Yəni suallar çoxdur. Günü bu gün hər kəs risk altında deyilmi? Birdəfəlik bilmək lazımdır ki, virus sonuncu azərbaycanlı yoluxana qədər olacaq, buna nə qədər zaman lazımdır? Bir il, iki il? Bu qədər qapanma ola bilməz. Mümkün deyil. Deməli, müəyyən şərtlər daxilində həyatımıza qaldığı yerdən davam etməliyik”.

pressklub.az

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI