Ev almaq istəyənlərə şad xəbər - Qiymətlər daha da düşəcək

21 sentyabr, 2020 01:21

Koronavirus pandemiyası bir sıra sahələrdə qiymət artımına səbəb olsa da, bəzi sahələrdə qiymətlərin enməsinə kömək edib. Xüsusilə Azərbaycanın bölgələrində daşınmaz əmlakın qiymətləri ilə bağlı vəziyyət dəyişib. Daha öncəki aylarla müqayisədə bölgələrdə daşınmaz əmlakın qiymətində enmə müşahidə olunur.

Vəziyyətin bu cür davam etməsi real alıcılara daha uyğun zaman seçməyə imkan verir. Real alıcıları isə bir neçə sual maraqlandırır: bu vəziyyət davam edəcəkmi?

Azsiyasət.com xəbər verir ki, bununla bağlı kiçik monitorinq aparan Rieltorlar Assosiasiyası İctimai Birliyinin rəhbəri Elnur Fərzəliyev ümumi vəziyyəti qiymətləndirib. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin dövründə bəzi ərazilərdə kafe-restoranların fəaliyyətinin dayandırılması bəzi obyekt əmlakların da satış qiymətinə təsir edib. Satışda olan müəyyən obyektlər var ki, ötən ilki qiymətlə müqayisədə cari ildə daha sərfəli qiymətə təklif olunur. Həmin obyektlərin fəaliyyət göstərdikləri müddətdə icarəsi 5 min manat idi. Hazırda isə onlar 1500 manata da icarəyə verilir

Ekspertin dediyinə görə, gündəlik kirayəyə verilən evlərin də qiymətlərində öncəki illə müqayisədə çox böyük fərqlər nəzərə çarpır: 

"Ev sahibləri bu evlər boş qalmasın deyə minimum da olsa ödəniş olunmasını istəyirlər. Bu səbəbdən deyə bilərəm ki, artıq regionlardakı obyektlər, evlər satış qiymətində çox dəyər itirib. Gediş-gəlişin bağlanması onların satış qiymətlərinə çox böyük təsir etdi. Hətta bu cür əmlakların bəzilərində satış qiymətlərində yarıyadək enmə müşahidə olundu".

Ekspert rusiyalı turistlərin hər il daha çox üz tutduğu şimal bölgələrində də turist olmadığından böhran vəziyyətinin yaşandığını və qiymətlərin kəskin endiyini deyir. E.Fərzəliyevin sözlərinə görə, növbəti dalğa gələrsə, qiymətlərdə yenidən enmələr müşahidə olunacaq:

"Əvvəllər tələbat çox idi, torpaq sahələri çox satılırdı. İndi isə qiymətlərdə enmələr var. Torpaq hissələrinin bir qismi məmurlara məxsus olduğundan onlar istəyirlər ki, bu torpaqları satıb adlarından çıxartsınlar. Hətta onlar istənilən normal qiymətə də razılaşsalar da, alıcıları yoxdur. Bundan başqa, bu gün bir çox ölkələrdə COVID-19-un ikinci dalğası müşahidə edilir. Azərbaycanda da bu dalğa təkrarlansa, bu zaman həmin obyektlərdən gəlir əldə olunmayacaq".

Həmsöhbətimizin sözlərinə görə, regionlarda əmlak bazarında 30 faizədək ucuzlaşma var. Yəni, bu müddətdə qiymət artımı ümumiyyələ müşahidə olunmayıb.

İqtisadçı Əkrəm Həsənov isə açıqlamasında bildirib ki, bu gün nəinki bölgələrdə, eləcə də Bakıda qiymətlər aşağı düşüb:

"Sadəcə olaraq pandemiya dövründə Bakıda süni yollarla qiymətlərin saxlanılmasına nail olunub. Bu ilin aprelində pandemiyanın təsirlərindən biri kimi İpoteka Fonduna əlavə olaraq 90 milyon manat ayrıldı. Sual oluna bilər ki, ipoteka kreditlərinin pandemiya ilə nə əlaqəsi var?! Sadəcə olaraq, bununla da daşınmaz əmlak bazarında qiymətin tam düşməməsinə nail olundu".

Regionlara gəlincə, Əkrən Həsənov hesab edir ki, orada qiymətlərin enməsi təbiidir. Çünki son 15 ildə Azərbaycanda qiymətlər süni şəkildə artırılıb. Bu da əsasən ucuz neft pullarının hesabına olub.

"Ölkədə pul çox idi və buna görə də qiymətlər artmışdı. Bu səbəbdən mən əslində mövcud vəziyyəti qiymətin düşməsi kimi deyil, bazarın öz təbii vəziyyətinə qayıtması kimi qiymətləndirirəm. Azərbaycanda daşınmaz əmlakın qiyməti niyə yüksək olmalıdır?! Az qala bu qiymətlər Qərbi və Şərqi Avropa ölkələrindəki kimidir. Düşünürəm ki, bu gedişlə regionlarda, o cümlədən Bakıda da qiymətlər düşməkdə davam edəcək", - deyə həmsöhbətimiz əlavə edib.

Əkrəm Həsənov onu da deyib ki, bu gün banklar daşınmaz əmlakı girov götürəndə də onu çox aşağı qiymətləndirirlər. Bu da onunla izah olunur ki, bu gün banklar qiymətlərin daha da düşəcəyindən xəbərdardılar.

Qeyd edək ki, bu gün daha çox alıcıların üz tutduğu Qəbələdə evlərin qiyməti 32 mindən 300 min manatadək, Qaxda 25 min manatdan 120 min manatadək, Xaçmazda 13 min manatdan 600 min manatadək dəyişir.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI