Qadınlar niyə çox yaşayır? – “Kişilər enerjini xaricə yönəldir”

22 sentyabr, 2020 12:10

Hazırda Yaponiyada yaşı 100-dən çox olan 80 mindən artıq insan var və onların 88 faizini qadınlar təşkil edir. Analoji statistika ilə dünyanın digər ölkələrində də rastlaşmaq mümkündür. Azərbaycanda da yaşlı nəsil təmsilçiləri arasında qadınların kişilərdən sayca üstün olduğu heç kimə sirr deyil.

Maraqlıdır, qadınların kişilərdən daha çox yaşamasının səbəbi nədir?

İxtisasca həkim olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu açıqlamasında qeyd edib ki, qadınların kişilərdən çox yaşamasının birinci səbəbi kişi fiziologiyası ilə qadın fiziologiyasının fərqli olmasıdır:

“Qadınlar intensiv, kişilər isə ekstensiv varlıqlardır. Yəni kişinin enerjisi xaricə, qadınınkı isə daxilə yönəlir. Bu da ona gətirib çıxarır ki, qadınlar emosiyanı fərqli yollarla-ağlamaq, gileylənmək və s. ötürə bilir. Kişilər isə emosialarını xərcləyə bilmirlər. Ona görə də düşdükləri gərginlikdə bir qayda olaraq bioloji reaksiya üzə çıxır. Proseslərə qadınlar fizioloji reaksiya, kişilər isə orqanik reaksiya verir. Əsas səbəb budur”.

Həmsöhbətimiz ikinci bir səbəb kimi kişilərin sosial həyatda ən ağır işlərlə məşğul olmasını göstərib:

“Onlar daha stresli işlərlə məşğul olurlar. Məsələn, fiziki əməyin ağır növü, müharibələr və s. buraya daxildir. İnsan daimi olaraq müəyyən bir gərginlikdə yaşadığı zaman istər-istəməz bioloji cəhəttən müəyyən bir “amortizasiya”ya uğrayır. Başqa bir səbəb isə kişilərin dinamik olmasıdır. Qadınlar bir qayda olaraq evdə otururlar. Kişilər isə çalışırlar. Bunu hərəkətlilik baxımından deyirəm. Azərbaycanda evdar qadınların sayı işləyən qadınların sayından 10 dəfə çoxdur. Yəni hərəkət yoxdur. İnsan nə qədər tez mühiti dəyişirsə, bir o qədər tez xəstəliklərə meyillənir. Qadınlar konservativ olduğuna, mühiti az dəyişdiyinə görə qadınlarda innovasiya xəstəliyinə az rast gəlinir. Yəni bunun genetik, sosial, bioloji və s. səbəbləri var.

Məsələn, Amerikada hərbidə 60 faiz, polisdə isə 50 faiz qadın çalışır. Azərbaycanda isə dini və milli adət-ənənələrə əsasən, qadınların polis və digər ağır işlərə cəlb edilməməsi səbəbilə işsizlik faizi qadınlar arasında daha çox görünür. Digər tərəfdən, elə sahələr var ki,orada qadınlar alçaldılır, amma kişilər həmin sahələrdə işləyə bilir. Bu baxımdan orada da qadınlar qeyri-bərabər vəziyyətə düşür”.

Sərdar Cəlaloğlu Azərbaycanda qadın əməyinin təşkili ilə bağlı dövlət proqramının olmadığını vurğulayıb:

“Əslində, qadınlar trikotaj sənayesində, aqrar sektorda, yüngül sənayedə, optikada iştirak etməlidirlər. Bu sahələrin heç biri Azərbaycanda inkişaf etməyib. Dediyim kimi, həm milli adət-ənənəmizə, həm də faktiki olaraq Azərbaycandakı situasiyaya görə işsizlərin də, yoxsulların da arasında qadınlar çoxluq təşkil edir. Azərbaycanda qadınların işlədiyi bütün müəssisələr özəlləşdirmədən sonra dağıdıldı. Ona görə də demək olar ki, kənd təsərrüfatında da əvvəlki ənənəvi sahələr yoxdur”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR