"Lavrovun dedikləri ilə Moskvanın mövqeyi üst-üstə düşmür" - "Rusiya işğalçını dəstəkləyir" - XİN-in keçmiş rəhbəri

24 sentyabr, 2020 02:00

"Ermənistana qarşı güc tətbiq edilməlidir..."

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə görüşdə Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların dayandırılmasında Ermənistanı ittiham edib.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”- deyə Rusiyanın XİN rəhbəri bildirib.

Hazırda irimiqyaslı müharibə təhlükəsinin yaxınlaşdığı bir vaxtda Ermənistanın strateji müttəfqinin belə bir bəyanat səsləndirməsi maraq doğrur? Lavrov Paşinyanı hədəfə almaqla hansı məqsədləri güdə bilər?

Azsiyasət.com xəbər verir ki, keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov azpolitika.info-ya şərhində bildirib ki, əslində Sergey Lavrovun dediklərində yeni bir şey görmür. O, 10 ildən artıq tarixi olan Madrid prinsiplərində belə təkliflər irəli sürüldüyünü xatırladıb:

"Amma Ermənistan bu və ya digər həll variantları ilə bağlı vasitəçilərin bütün təkliflərini rədd edib. Ona görə də Lavrovun bəyanatı ilə Ermənistana qarşı aparılan xarici siyasət arasında ciddi paradokslar var. Çünki Ermənistanın destruktiv mövqeyinə qarşı Rusiya və digər həmsədr ölkələr adekvat reaksiya göstərib ona qarşı sanksiyalar tətbiq etməyiblər. Rusiya daha irəli gedərək işğalçını hərətrəfli dəstəkləyir, onu silah-sursatla, hərbi texnika ilə təmin edir. Bu siyasəti aparmaqla bərabər Ermənistanın hansısa sülh planına razılaşmadığını demək üst-üstə düşmür".

Keçmiş nazir Lavrovun bəyanatında müsbət məqamlar da görür: "Nazirin dedikləri Ermənistanın hazırki siyasi rəhbərliyinin destruktiv mövqeyini göstərmək baxımından əhəmiyyətlidir.

Ermənistanın mövqeyinə cənab Prezident son çıxışlarında münasibət bildirib və hazırki situasiyanın geniş təhlili verilib. Hesab edirəm ki, bundan sonra Azərbaycan BMT nizamnaməsindən çıxış edərək, 51-ci maddyə istinad etməklə işğal faktını aradan qaldırmaq üçün hərəkət etməli və işğalçıya qarşı güc tətbiq etməldir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR