Ermənistanda Polad Həşimov rayonu var - Nazirlikdən cavab

24 sentyabr, 2020 16:57

Şəhid generalımız Polad Həşimovun adına Ermənistanda guya rayon olmasının “Quql xəritə"də (Google maps) qeydi ilə bağlı məsələ araşdırılacaq.

Azsiyasət.com xəbər verir ki, bunu axar.az-a “Quql xəritə"də (Google maps) Ermənistan ərazisində Polad Həşimovun adına rayon qeyd olunmasına münasibət bildirən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib. O bildirib ki, bununla bağlı məsələ təsdiqini tapdığı halda Quql şirkətinə növbəti müraciət ünvanlanacaq.

Nazirlik rəsmisi, həmçinin bildirib ki, bəzi Azərbaycan rayonlarının adlarının da sözügedən elektron xəritədə Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilməsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və XİN tərəfindən dəfələrlə Quql şirkətinin mərkəzi ofisinə müraciətlər göndərilib.

“Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, “Quql xəritə” istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir. Bu halda vətəndaşlarımız fəal şəkildə adıçəkilən elektron xəritədə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər", - nazirlikdən bildirilib.

Kibertəhlükəsizlik üzrə ekspert Fərid Zeynalovun fikrincə, çox güman ki, həmin adı xəritədə azərbaycanlılar yaradıb:

“Bu hal ilk dəfə baş vermir, Ermənistanın xəritəsində “Qarabağ bizimdir, bizim olacaq” adlı məkan da var. İstənilən istifadəçi “Quql xəritə” platformasına daxil olduğu zaman kompüter siçanının sağ düyməsinə basaraq “Xəritədə mövcud olmayan yeri əlavə etmək” və ya “Biznesi əlavə etmək” kimi bölmələri işlədə bilər. Həmin bölmələrin vasitəsilə xəritə koordinatlarını dəyişmək mümkündür. Görüntüdən də məlumdur ki, qeyd olunan ərazi rayon deyil, “Polad Həşimov Rayonu” adlı müəyyən obyektdir”.

Qeyd edək ki, “Quql xəritə"də (Google maps) Ermənistan ərazisində şəhid generalımız Polad Həşimovun adına rayon qeyd olunub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR