Rəna Sofiyeva ərini öldürüb günahı “quldurların” üstünə atdı - Zəngin ailədə qətl

25 sentyabr, 2020 10:49

Bakının Günəşli qəsəbəsində 2019-cu il iyulun 7-də baş vermiş və əvvəlcə mənzilə quldur basqını nəticəsində törədildiyi bildirilən səs-küylü qətl işi üzrə istintaq tamamlanıb.

Azsiyasət.com xəbər verir ki, ərini yatdığı yerdə xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən keçmiş biznesvumən Rəna Sofiyevanın işi baxılmaq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əfqan Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Bu qətl hadisəsi gecə saat 03.00 radələrində Rəna Sofiyevanın və ailəsinin yaşadığı mənzildə baş verib. Həmin gün yayılan xəbərlərdə deyilirdi ki, mənzilə üzlərinə maska taxmış naməlum quldurlar basqın edib, onlar Rəna Sofiyevanın əri Araz Sofiyevi qətlə yetirib. Qadını isə yaralayıb. Quldurların evdən 4800 dollar pul apardıqları da deyilirdi.

Lakin dərhal bu versiyanı şübhə altına alan nüanslar meydana çıxıb. Məlum olub ki, qətl baş verən vaxt mənzildə Araz və Rəna Sofiyevlərin 15 yaşlı oğlu, habelə Rənanın anası da olub. Onlar isə “heç nə görmədiklərini və eşitmədiklərini” deyirlər.

Axı bu necə ola bilər ki, mənzilə gecə vaxtı quldur basqını olsun, ailənin başçısı çoxsaylı bıçaq zərbələri ilə öldürülsün, qadın yaralansın və digərləri bu dəhşətli dramın yaşandığı dəqiqələrdə sakitcə yuxulasın?

Suraxanı rayon Polis İdarəsinin əməliyyatçıları da dərhal bu sual ətrafında təhlillər aparıblar və Rəna Sofiyevanın özünü şübhəli apardığına əmin olublar. Qadın ilkin ifadəsində iddia edib ki, ərini hansısa borc üstündə evə basqın edib öldürüblər. Amma məlum olub ki, Araz Sofiyevin heç kimə borcu olmayıb. Üstəlik bu necə ola bilərdi ki, qadının şahidliyi ilə onun gözü önündə quldurlar ərini 17 bıçaq zərbəsi ilə öldürür, amma R.Sofiyeva əlindən yüngül xəsarət almaqla salamat qalır? Bəs o niyə köməyə çağırmayıb və sakitcə ərinin öldürüldüyünü izləyib?

Müstəntiqlər tezliklə cinaytin üstünü açıblar və onların şübhələri haqlı çıxıb. Məlum olub ki, Araz Sofiyevi öldürən elə arvadı Rəna Sofiyevadır. Qadın cinayəti tam etiraf edib və bu  dəfə ifadəsində ərini “qısqanclıq zəminində” öldürdüyünü deyib. Suraxanı rayon Prokurorluğu tərəfindən Rəna Sofiyevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qətldən başqa adam oğurluğu və girov götürməklə öldürmə ittihamı isə ona görə irəli sürülüb ki, məhkəmə ekspertləri qətlə yetirilən şəxsin qanında trankvilizator tapıblar. Bu isə çox güman ki, qətlə yetirilən şəxsin hücuma müqavimət göstərməsinin qarşısını almaq üçün istifadə olunub. Başqa sözlə, məkrli qadın axşamdan qətli planlaşdırıb, ərini dərman verməklə keyləşdirib və onun müqavimət göstərməyəcəyinə əmin olduqdan sonra yatdığı yerdə öldürüb. Belə ki, Araz Sofiyev kifayət qədər iricüssəli adam olub və əgər o, keyləşdiriici dərmanın təsiri altında olmasaydı ilk zərbələrdən özünə gələ və qatilə müqavimət göstərə bilərdi.

Qeyd edək ki, bu cinayət ər-arvadın boşanma ərəfəsində olduğu vaxtda törədilib. Bildirilir ki, Sofiyevlərin ailəsində hadisə ərəfəsində tez-tez münaqişələr yaşanırmış. Bu münaqişələrin kökünün dolanışıq problemlərindən qaynaqlanmadığı dəqiqdir. Çünki ailə kifayət qədər imkanlı olub. Rəna Sofiyeva kənd təsərrüfatı texnikasının tədarükü ilə məşğul olan 4S şirkətinin keçmiş rəhbər müavini idi. Onun əri isə müxtəlif vaxtlarda BP-Azərbaycan, Baltika-Bakı və Aqrovest İMP-də işləyib, özünün də ölümündən əvvəl sosial şəbəkələrdə yazdığı kimi, kifayət qədər imkanlı biznesmen idi. (Həmin postda Araz Sofiyev biznesdə uğurun pik nöqtəsinə çatdığını, amma həyatında işindən başqa sevinməli heç nəyi olmadığını yazır. Bildirir ki, zəngin olmağın sadəcə həyat gerçəkliyi olduğunu, başqa heç nə ifadə etmədiyini dərk edib).

Müstəntiqlər Sofiyevlərin yaşadığı binanın ətrafındakı videomüşahidə kameralarının yaddaşını da axtarıblar və məlum olub ki, təxminən cinayətin baş verdiyi saatlarda binanın ətrafında naməlum kişi dolaşıb. Bu şəxsin R.Sofiyeva ilə hansısa əlaqəsinin olub-olmadığı məlum deyil.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR