Masazır bələdiyyəsinin üzvləri yazıçını qanına qəltan etdilər - FOTO

25 sentyabr, 2020 17:49

Abşeron Rayon Masazır bələdiyyəsindən saytımıza şikayət daxil olub.

Belə ki, torpaq rüsumu ödəmiş kənd sakininə ödəniş etdiyi haqda arayış vermək üçün bələdiyyə işçisi Səma adlı qadın əlavə 60 manat tələb edib. Vətəndaş T. Əhmədov isə dövlət rüsumunu ödədiyini və sədrlə görüşmək istədiyini bildirib. Deyiblər ki, sədr yerində olmur və vətəndaşları qəbul etmir. Belə olduqda vətəndaş bələdiyyə sədrinin telefon nömrəsini istəyib, ondan da imtina ediblər ki, verə bilmərik, özü bunu bizə yasaqlayıb. Vətəndaş sabahısı, yəni 25.09.2020 ci il tarixdə səhər saatlarında bələdiyyəyə gedərək arayışı almaq istədikdə yenə də sədr yerində olmayıb. Vətəndaş telefon nömrəsi istədikdə bələdiyyə üzvləri ona sabah gəlməsini deyiblər. Vətəndaş onu niyə süründürdüklərini qeyd etdikdə 60 manat şirinlik vermədiyini əsas gətirərək onu təhqir edib binadan qovmağa cəhd ediblər. Vətəndaş sədri gözləyəcəyini və ona şikayət edəcəyini bildirdikdə bələdiyyə üzvləri ona hücum edərək döyüb burnunu sındırıb, bir neçə yerindən müxtəlif növ xəsarətlər yetirib ölümlə hədələyiblər. Vətəndaşın halı pisləşdiyindən ona heç təcili yardım da çağırmayıblar. Bələdiyyədə olan digər tanımadığı bir sakin onu öz maşını ilə Abşeron Rayon təcili tibbi yardım stansiyasına çatdıraraq ilkin tibbi yardım edilməsinə kömək edib. Hazırda işə Abşeron rayon polisi idarəsi qarışıb, ilkin tibbi məhkəmə ekspertizası təyin edilib.

Qeyd edək ki, Masazır bələdiyyəsinin üzvlərinın əksəriyyəti Abşeronun məmurlarının azyaşlı oğlu, qızı və ya yaxın qohumlarıdır. Əksəriyyəti qəsəbəni tanımır, nə də vətəndaşlar onları tanımır. Sadəcə seçkidə namizədlik verərək “seçiliblər”.

Masazırda kifayət qədər problemlərin olması ilə bağlı mətbuatda saysız şikayət və müraciətlər mövcuddur. Son zamanlar insanlar zibil tullantılarının yığılması, antisanitariya vəziyyəti, torpaqların qanunsuz satılması, yolların, küçələrin bərbad olması kimi çoxsaylı problemlərdən şokayətçidir.

Araşdırmalarımıza görə, Masazır bələdiyyəsində radikal dini əqidədə olan “hacı” ləqəbli 3-4 nəfər də çalışır. Əlavə edək ki, bələdiyyə binasında döyülən və ölümlə hədələnən sakin “Nöqtə” qəzetinin və ziyalilar.az saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, prezident təqaüdçüsü T. Əhmədovdur.

Hazırda vəziyyətinin ağır olması ilə əlaqədar onun özü ilə əlaqə saxlaya bilməsək də, yaxınlarının verdiyi məlumata görə həkim nəzarətindədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"