Ermənistan ordusu Tərtər şəhərini atəşə tutur - TƏCİLİ
28 sentyabr, 2020 09:51
Azsiyasət.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi düşmənin bu gün səhər saatlarından etibarən Tərtər şəhərini müxtəlif tipli silahlardan atəşə tutduğu haqda məlumat yayıb.
Məlumatda deyilir:
Bu gün sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulur. Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən onlara qarşı adekvat cavab tədbirləri görüləcək.