Ermənistanın dinc əhaliyə hücumları davam edir - FOTOLAR

28 sentyabr, 2020 16:25

Ön xətdə Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini artilleriya atəşinə tutmaqda davam edir. Cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Tərtərdə də yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananlar var, evlərə və infrastruktura ciddi ziyan dəyib.

Tərtər şəhər sakini 84 yaşlı Aşur Muradov düşmən təxribatlarına baxmayaraq heç zaman doğma şəhərini tərk etmədiyini bildirdi: “İstər 1990-cı illərin əvvəllərində, istərsə də sonrakı dövrlərdə - 2016-cı ilin aprelində Tərtər dəfələrlə düşmənin hücumlarına, top atəşlərinə məruz qalıb. Amma nə mən, nə də ailəm heç vaxt şəhərimizi tərk etməmişik. Çünki biz öz torpaqlarımızdayıq, öz şəhərimizdəyik və Vətənimizi sevirik. Düşmən bilsin ki, təxribatları ilə heç nəyə nail ola bilməyəcək. Qüdrətli ordumuz bütün torpaqlarımızı işğalçılardan azad edəcək".

Sonra ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində dağılan evlərdən bir neçəsinə baş çəkdik. Tərtər şəhər sakini Zenfira Sultanova ilə düşmən mərmisinin partlaması nəticəsində dağılan evinin qarşısında söhbət etdik. O bildirdi ki, mərmi evə düşən vaxt xoşbəxtlikdən evdə olmayıblar: "Biz evdən çıxandan 10 dəqiqə sonra mərmi düşdü. Evi yeni təmir etmişdik. Ancaq evimizin dağılmasına görə məyus olmuruq. Təki erməni işğalına son qoyulsun. Təki qələbə qazanaq".

Digər sakin Elxan İsmayılov dedi ki, ermənilər şəhəri atəşə tutanda küçədə olub: “Qəfildən yaxınlıqda güclü partlayış səsi eşidildi. Baxdım ki, evimiz dağılıb”.

Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış kompleksi də düşmənin artilleriya atəşinə məruz qalır. Biz yaşayış kompleksində olarkən də ərazidə çoxsaylı mərmi partlayışlarının şahidi olduq. Lakin partlayış səsləri və dağıntılara baxmayaraq məcburi köçkünlərin çöhrəsində nikbinlik, qələbəyə əminlik, torpaqlarımızın işğaldan azad olunacağına böyük inam hiss edilirdi.

Elə Kəlbəcər rayonundan olan məcburi köçkün Münəvvər Cəmilova da tezliklə doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə etdi. “Eşidilən atəş səsləri, partlayışlar bizi qorxutmur. Hər birimizi düşündürən əsas məsələ doğma torpaqlarımızın azad olunmasıdır. Ordumuzun bir sıra kəndlərimizi və yüksəklikləri azad etməsi xəbərini eşidəndə sevincdən gözlərimiz yaşardı. Murov zirvəsinin azad edilməsi isə doğma Kəlbəcərimizə qayıtmaq inamımızı daha da artırdı. Biz ordumuzun qələbə qazanacağına, bütün torpaqlarımızın azad olunacağına əminik", - deyə Kəlbəcərdən olan məcburi köçkün bildirdi.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR