Bu il fərarilik qeydə alınmayıb - Hərbi prokuror
01 oktyabr, 2020 10:03
İlin birinci yarımilində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.
Azsiyasət.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu gün “Xalq qəzeti”ndə dərc edilən məqaləsində qeyd edib.
Onun sözlərinə görə, cari ilin birinci yarımili ərzində hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti ümumiyyətlə qeydə alınmayıb.