Ermənistan Gorusdan Azərbaycanı raket atəşinə tutdu - Müdafiə Nazirliyindən sərt xəbərdarlıq
01 oktyabr, 2020 13:45
Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.
Azsiyasət.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.
Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.