SOCAR-ın Texniki Təchizat İdarəsində yoxlamalar başlayacaq - Oliqarxa çevrilən təchizatçılar - SİYAHI

24 aprel, 2022 20:50

Bu ilin fevral ayının 10-da Rövnəq Abdullayev SOCAR-ın prezidenti vəzifəsindən kənarlaşdırılandan sonra ölkənin “neft nazirliyi”ndə (oxu: Dövlət Neft Şirkəti) maraqlı proseslər müşahidə olunmaqdadır.

Məlumdur ki, Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində ciddi islahatlara start verib. Bu islahatlar kursu SOCAR-dan yana keçə bilməzdi. Bu baxımdan 2005-ci ildən Azərbaycanın “neft nazirliyi”nə rəhbərlik edən R.Abdullayevin vəzifədən uzaqlaşdırılmasını mühüm hadisə adlandırmaq olar. Çünki 17 il ərzində ölkənin ən böyük maddi sərvətləri üzərində hökmə sahib olan R.Abdullayev ölçüyəgəlməz dərəcədə böyük pullar və sərvət toplamışdı. 

Artıq SOCAR-da yeni rəhbərlik formalaşıb. Yeni komanda üzvlərinin bu qurumda da təyinat alması ümidverici siqnallar verir.

Azsiyaset.com-a daxil olan məlumata görə, yaxın günlərdə SOCAR-ın texniki təchizat məsələlərinə (müxtəlif trest və idarələr üzrə) baxan şəxslərlə bağlı ciddi araşdırmalar başlayacaq.  

Şübhəsiz ki, SOCAR-ın təmizlənməsi və orada ciddi islahatların aparılması qaçılmazdır. Amma bu islahatlar kosmetik deyil, köklü xarakter daşımalıdır. Məsələn, uzun illər bu qurumda müxtəlif vəzifələrdə çalışan, xüsusilə də, R.Abdullayevin qohumlarından, kəndçilərindən ibarət olan şəxslər təkcə vəzifədən çıxarılmalı deyil, həm də onların neçə illik fəaliyyəti hüquqi şəkildə təftiş edilməlidir.

Hesab edirik ki, Qarabağın bərpasının sürətlə aparıldığı bir ərəfədə hüquq-mühafizə orqanları bu şəxslərin sahib olduqları hüdudsuz biznes şəbəkələrini araşdırmalı, dövlətdən oğurlanan külli miqdarda pullar büdcəyə yönəldilməlidir.

Heç kəsə sirr deyildir ki, SOCAR-da ən pullu və prestij sayılan idarələrdən biri Texniki-təchizat idarəsi idi. Bu idarənin rəisi isə hələ də R.Abdullayevin bacanağı Mehman Əkbərovdur. M.Əkbərovun Azərbyacanda və xaricdə sahib olduğu sərvətlər barədə zaman-zaman dövri mətbuatda da məlumatlar yer alıb.

2010-cu ildən “Neftqaztikinti” Trestinin direktoru Mirkazım Abasov neft sahəsində mütəxəssislərdən sayılır. Amma bu amil onun qanunsuz əməllərinə bəraət verə bilməz. Belə ki, M.Abasov SOCAR-da ən varlı şəxslərdən biri sayılır.

“Neftqaztikinti” Trestinin şöbə müdiri Rüfət Cəfərov da bu qurumda oliqarxa çevrilən neft məmurlarından biri hesab olunur. Arxa planda yer alan R.Cəfərovun adı ilk dəfədir ki, mətbuatda və bu məqalədə yer alır. Azərbaycanda və xarici ölkələrdə xeyli sayda mal-mülkə sahiblənən bu adam R.Abdullayevə yaxınlığı ilə seçilir. Heç bir dərin təcrübəsi olmayan R.Cəfərovun uzun illər öncə mühüm posta gətirilməsi də məhz R.Abdullayev amili ilə bağlı olub.

Adıçəkilən bu şəxslərlə bağlı redaksiyamızda ilginc və etibarlılığı şübhə doğrumayan məlumatlar da var. Bu şəxslərin Bakıda, rayonlarda və xarici ölkələrdə əldə etdiyi mülklərə dair foto və sənədlərin olması əlimizi daha da gücləndirir. Bütün bunları dərc etməyə hələki tələsmirik.

İnanırıq ki, SOCAR-dakı yeni komanda bu şəxslərlə bağlı lazımı addımların atılmasını əsas prioritet kimi qarşıya qoyacaqdır.  

Ramil Şaxtaxtinski

Azsiyaset.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR