Vətəndaş DİN-in qarşısında özünü niyə yandırdı?
26 aprel, 2022 19:39
Daxili İşlər Nazirliyinin (DİN) binasının qarşısında orta yaşlı şəxs özünü yandırıb.
Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar.
“Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”, - deyə məlumatda qeyd olunub.