"Belə davam etsə, Rusiyadakı vətəndaşlarımız geri qayıdacaq" - Ekspert

28 aprel, 2022 00:47

“Rusiya və Ukrayna müharibəsi səbəbindən Rusiyaya kifayət qədər sanksiyalar tətbiq olunub. Bu sanksiyalar ölkə daxilində əhalinin sosial durumuna ciddi təsir göstərir. Təbii ki, Rusiyada yaşayan və çalışan həmyerlilərimiz də bu vəziyyətdən təsirlənir. Əgər vəziyyət belə davam edərsə, ​qazanc ​dalınca Rusiyada gedən bəzi vətəndaşların Azərbaycana geri qayıtması qaçılmaz olacaq”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert qeyd edib ki, hazırda qonşu ölkədən Azərbaycana daxil olan vəsaitdə kəskin azalmalar müşahidə olunur:

“Rusiyadan gələn vəsait Azərbaycanda kifayət qədər ciddi rol oynayırdı: “Bəzi regionlarda əhalinin sosial vəziyyətinin, sosial problemlərinin həllində Rusiyadan gələn vəsaitin rolu çox yüksəkdir. Ancaq mövcud vəziyyətlə bağlı Rusiyadan ölkəyə daxil olan vəsaitdə kəskin azalmalar var. Qeyd edim ki, son illər daxil olan vəsait 1 milyard civarındaydı. İndi təbii ki, bu rəqəm xeyli azalıb. Ola bilsin ki, bir müddət Rusiyadan vəsait daxil olması dayansın. Təbii ki, bu da sözügedən vəsaitlər hesabına öz sosial-iqtisadi problemlərini həll etməyə öyrəşmiş ailələrə çox ciddi problemlər yaradacaq. Onlar üçün çox çətin olacaq”.

Ekspert qeyd edib ki, hələ ki, Rusiyadakı həmyerlilərimiz bir müddət gözləmə mövqeyi tutacaqlar: 

“Fikrimcə, onlar bir müddət gözləyib, vəziyyətin düzəlməsi, sabitləşməsi üçün hansı addımların olmasını gözləyəcəklər. Əgər vəziyyət düzəlmək yerinə daha da pisləşərse, o zaman onları Azərbaycana qayıtması qaçılmazdır. Hesab edirəm ki, bunun üçün də indidən ölkədə buna hazırlıq işləri görülməlidir. Çünki indiki dövrdə Azərbaycan buna hazır deyil. Çətinliklər yarana bilər"(yenisabah.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR