Türkiyə və "Taliban" razılığa gələ bilmir - "Agence France-Presse"
30 aprel, 2022 01:09
Qətər və Türkiyənin "Taliban" hərəkatının nümayəndələri ilə Əfqanıstanın 5 hava limanının idarə olunmasına dair danışqları dalana dirənib.
Bu barədə "Agence France-Presse" (AFP) özəl mənbələrinə istinadən məlumat yayıb.
AFP-nin məlumatına görə, fikir ayrılıqları ilk növbədə Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsi problemi ilə bağlıdır.
Qətərli diplomatlardan biri agentliyə bildirib ki, "Taliban" nümayəndələri bu məsələdə “çox tələbkardırlar”.