Türkiyədə küçələrin birinə Polad Həşimovun adı veriləcək
03 oktyabr, 2020 00:33
Türkiyənin Elazıg vilayətinin Keban şəhərində yerləşən küçələrdən birinə Azərbaycan Ordusunun şəhid generalı Polad Həşimovun adı veriləcək.
Azsiyasət.com “Haberturk”-ə istinadən xəbər verir ki, bu barədə qərar Keban şəhərinin bələdiyyə sədri Fəthiyə Atlının başçılığı ilə keçirilən toplantıda qəbul olunub.
“Axıtdıqları qan və fəda etdikləri canları ilə torpağı vətən edən şəhidlərimizi və bütün qəhrəmanlarımızı hörmətlə, minnətdarlıqla və hörmətlə yad edirik. Yerləri cənnət olsun”, - deyə bələdiyyənin təsdiq etdiyi sənəddə qeyd olunub.