"Hücum olarsa, Rusiyaya cavab veriləcək" - Çavuşoğlu
02 may, 2022 00:14
"NATO müttəfiqlərindən birinə hücum olacağı təqdirdə Rusiyaya lazımi cavab veriləcək".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir qeyd edib ki, alyans Ukraynadakı münaqişəyə qarışmaq niyyətində deyil.
“Ancaq hər hansı müttəfiqə ən kiçik bir hücum olsa, biz lazımi şəkildə cavab verəcəyik”, - deyə XİN başçısı vurğulayıb.