"Lotu" Quli mənə zəng edib dedi ki, Anar Əlizadə ilə işin olmasın" - Mübariz Mənsimov

03 may, 2022 20:32

Həbs edilməmişdən əvvəl, 2018-ci ildə mənə məlumat verildi ki, sifariş verilib, öldürüləcəksən. Saxlanılanlar oldu, onlardan biri qazax idi. Bu, “Lotu Quli”nin işi idi. Onun kimin adamı olduğunu deməyə ehtiyac yoxdur. Həmin ilin yazında telefonuma İtaliya nömrəsi ilə zəng gəldi, danışan “Lotu Quli” idi. Dedi ki, qardaşımız haqqında çox pis şeylər danışırsan, bunu etmək olmaz. Dedim, qardaşınız kimdir? Dedi ki, Anar Əliyev. (Rövnəq Abdullayevin dayısı oğlu - Əvəz Zeynallı). Telefonum təhlükəsizlik orqanları tərəfindən dinlənilirdi, indi də səs qeydləri onlarda var. Çox üzr istəyirəm, leksikonumda nə qədər söyüş varsa, hamısından istifadə etdim. “Üzr istəyirəm” deyib, dəstəyi asdı. Sən kimsən, biz elələrindən qorxmuruq, gülürük. Heç vaxt mafioz qruplaşmaların bizə dişi batmayıb, bata da bilməz. O insanlardan deyiləm ki, kiminsə qarşısında əsim, əl qaldırım. Üstümüzə gələnin vurmasını gözləmərik, biz vurarıq. İfadəm əsasında “Lotu Quli”ni Türkiyədən deport etdilər. İstanbulun təhlükəsizliyinə cavabdeh olan Mustafa Çalışqan mənə dedi ki, sənə görə “Lotu Quli”ni deport etdik. Dedim, Allah razı olsun, ondan çəkinmirdim, düzgün etməmisiniz. Önəmli olan odur ki, Türkiyədəki azərbaycanlıları sıxışdırmasın. Türkiyəli iş adamlarına ilişmirlər. Bilirsiniz kimə ilişirlər? Orta bizneslə məşğul olan azərbaycanlılara... Belə hallar çox olurdu, mənə deyirdilər, xəbər göndərirdim, əl çəkirdilər. Sayəmdə buradakı azərbaycanlıların yaxasını buraxdılar, qoymadım əzsinlər”.

Azsiyaset.com pravda.az-a istinadla xəbər verir ki, bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov “Xural TV”yə müsahibəsində bildirib.

M.Mənsimov qeyd edib ki, o, 2020-ci ildə həbs edildikdən sonra “Lotu Quli” geri qayıdıb: “Geri qayıdandan bir həftə sonra öldü. Bunlar hamısı eyni qrupdular... Düşünürdü ki, zəng edəcəm Mübarizə, o da deyəcək, bağışla, qardaş, bir də etmərəm. Amma əksi oldu... Onlar sözlə danışırlar, biz isə müharibə görmüş adamlarıq... Gözləyirdim, gəlsinlər... Hə, mənə deyirdi ki, onu məmurlar dəstəkləyir. Dedim, bir dövlətin ki, sənə ehtiyacı var, deməli, o heç dövlət deyil. Kimsən ki dövlətin sənə ehtiyacı olsun?! Dövlətin təhlükəsizlik orqanları kifayət qədər güclüdür.

“Lotu Quli”nin ölümünə üzüldüm. Nə olur-olsun azərbaycanlıdır... Əslində ona deyil, övladlarına, əzizlərinə görə üzüldüm. Mənim aləmimdə namus məsələsi deyilsə, kimsə kiminsə canına qıymamalıdır. Canı sən vermədin ki, alasan, Allah verib, Allah da alacaq. Mənim kimi savaşda olacaqsansa, ya sən vuracaqsan, ya da səni vuracaqlar. Əfqanıstan müharibəsində iştirak etmişəm. Ümumiyyətlə, baş verən proseslər üzücü idi”.

İş adamı SOCAR-da, ümumilikdə ölkədə həyata keçirilən islahatlardan da danışıb: “SOCAR-da böyük dəyişikliklər olub. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə gənc kadr rəhbər vəzifəyə gətirilib. İdarəçilik gənc kadrlara verilib, onlar mədəni, intellektual şəxslərdir, təhsillərini xaricdə alıblar. Fəaliyyətlərini izləyirəm, böyük işlər həyata keçirirlər, zövq alıram. Yavaş-yavaş oğurluq kanalların açarları bağlanır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsinə daha çox pul gələcək. Ümumiyyətlə, ölkədə müsbətə doğru xeyli işlər həyata keçirilib, bu, alqışlanmalıdır. Prezident çəkinmədən işğaldan azad edilən ərazilərə baş çəkir, işlərlə şəxsən maraqlanır. Qarabağla bağlı desələr ki, bir şeylər edin, əlbəttə, edəcəyik, yatırımlar olacaq. İş adamları yalnız madiyyatı, qazancı düşünməli deyil, həm də yardım etməlidirlər. Hər kəs dövlətin yanında olmalıdır, Ali Baş Komandan İlham Əliyevi dəstəkləməlidir. Azərbaycan hamımızındır...”.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR