"Əslində təslim olan Paşinyan deyil, Ermənistan idi" - Ter-Petrosyandan sensasiyalı sözlər

06 may, 2022 16:46

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, Paşinyanı, Robert Köçəryanı, Serj Sərkisyanı, hətta İşxan Saqatelyanı belə kim əvəzləsə, onlar Ermənistanın boynuna dolanan həlli itaətkarlıqla qəbul edəcəklər. Levon Ter-Petrosyan bu barədə İlur.am saytında dərc olunan “Sübut olunan və sübut olunmayan” məqaləsində yazır.

Azsiyaset.com teleqraf.com-a istinadən məqalədən çıxarışları təqdim edir:

I hissə

Kompromisləri rədd etmək və status-kvonu saxlamaq siyasətinin milli fəlakətə gətirib çıxardığını sübut etməyə ehtiyac yoxdur, hətta həmin siyasətin bəzi keçmiş tərəfdarları da fəlakətdən sonra bunu etiraf edirlər.

Ancaq bir çoxları özlərinə haqq qazandırmaq üçün kompromis yolunu seçsəydilər, eyni şeyin olacağını sübut etməyə çalışacaqdılar. Bu, özünə bəraət qazandırmaq üçün acınacaqlı və tamamilə sübuta yetirilməmiş cəhddən başqa bir şey deyil, çünki tarix “əgər”i sevmir. Tarix artıq əldə edilənləri fiksasiya edir. Odur ki, Qarabağ münaqişəsinin kompromis həllinin əleyhdarları (dövlət xadimləri, partiya rəhbərləri, ziyalılar) nə qədər öz soyqırımı əməllərinə haqq qazandırmağa çalışsalar da onlar gec-tez hələ heç kimin qaça bilmədiyi tarixin məhkəməsi qarşısında dayanacaqlar. Məhz belə bir taleyin dərk edilməsi onları hələ də öz fəlakətli davranışlarına haqq qazandırmağa vadar edir, bu da təəssüf ki, Ermənistan və Qarabağda mövcud böhranı dərinləşdirir.

II hissə

Söhbət hazırkı daxili siyasi qarşıdurmadan gedir və məncə, qarşıdakı çətin danışıqlarda Ermənistanın mövqeyini gücləndirmir, əksinə zəiflədir. Ona görə də bugünkü müxalifətin əsas məqsədinin nə olduğu aydın deyil. Serj Sərkisyanın yüngül əli ilə Nikol Paşinyana “kapitulyant” damğası vuruldu ki, bu, düzgün olsa da yarı həqiqətdir. Əslində təslim olan Paşinyan deyil, Ermənistan idi. Paşinyan sadəcə olaraq Ermənistanın kapitulyasiya aktına imza atdı.

Ona görə də Paşinyanı, Robert Köçəryanı, Serj Sərkisyanı, hətta İşxan Saqatelyanı belə kim əvəzləsə, onlar Ermənistanın boynuna dolanan həlli itaətkarlıqla qəbul edəcəklər. Müvafiq olaraq, problem Ermənistan liderinin şəxsiyyətindən asılı deyil. Əgər bu sadə həqiqət başa düşülməsə və ölkəmizdə daxili siyasi təlatümlər davam etsə, Paşinyan və ya başqasının yekun sənədi imzalamasından asılı olmayaraq, bizim üzərimizə qoyulan həll yolları daha da ağrılı olacaq.

Sual olunur ki, indiki müxalifət liderləri bunu dərk etmirlərmi? Əgər onlar bunu dərk etmirlərsə, deməli, onlar siyasətdən heç nə anlamırlar. Əgər onlar dərk edib, ancaq daxili siyasi təlatümləri davam etdirirlərsə, bundan belə nəticə çıxır ki, onlar milli maraqlara qətiyyən aidiyyatı olmayan tamam başqa məqsədlər güdürlər. Müxalifətin təşkil etdiyi nümayişlərə, yürüşlərə, mitinqlərə münasibətdə indiki hakimiyyətin sərt hərəkətlərinin milli maraqlarla heç bir əlaqəsi yoxdur.

Ümidsiz optimizmlə mən hələ də münaqişə tərəflərinin, nəhayət, öz mövqelərinin bütün təhlükələrini başa düşəcəklərini və vəziyyəti daha da ağırlaşdırmamaq və yeni təhlükələrdən qaçmaq üçün hansısa razılıq əldə etmək üzərində işləyəcəklərini gözləyirəm.

Əgər bizim ziyalılarımız həqiqətən də vətənpərvər bir iş görmək istəyirlərsə, qoy Nikol Paşinyan, Robert Köçəryan və Serj Sarkisyanı bir masa arxasında oturmağa məcbur etsinlər və daxili siyasi böhrandan çıxış yolu tapsınlar. Yeri gəlmişkən, mən indiki böhrandan əvvəl, bu ilin yanvarın 15-də belə bir müraciət etmişəm. 

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR