İranda Xameneiyə qarşı şüarlar səsləndirildi
10 may, 2022 00:37
İranın əksər bölgələrində ölkədə gündəlik təlabat mallarının qiymətlərinin artırılmasına qarşı əhalinin etiraz mitinqləri davam edir.
“Azad İran” Telegram kanalı xəbər verir ki, Xuzestan vilayətinin Məscid- Süleyman şəhərində baş tutan mitinqdə insanlar ölkənin dini rəhbəri Əli Xameneiyə qarşı kəskin şüarlar səsləndiriblər.
Onlar “Xamenei rədd olsun” kimi şüarlarla kəskin bahalaşmaya öz etirazlarını bildiriblər.