"Zakir Qaralov deyirdi ki, həbs et, edirdim..."

11 may, 2022 13:22

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Növbəti prosesdə zərərçəkən Qulam Bağırov dindirilib. O, ifadəsində təqsirləndirilən Sahib Ələkbərovun həbs olunmasını istəyib: “Sahib Ələkbərov 2009-cu ildə mənə hədə-qorxu gələrək külli miqdarda pul tələb etdi. Məni girov götürməklə qardaşımdan 135 min dollar pul aldı. Pulu verməyəcəyim təqdirdə vaxtilə polis tərəfindən araşdırılan və adımın keçdiyi, xitam olunmuş cinayət işini tələb edib MTN-də istintaq olunacağını bildirdi. Cinayət işi üzrə xitam qərarını Baş prokurorun birinci müavini Rüstəm Usubovun qərarı əsasında ləğv etdirdi. Həbs adlı girovluqda olduğum zaman ailə üzvlərimi məcbur etdi ki, külli miqdarda pulu ödəsinlər. Ailəmə demişdi ki, tələb etdiyi məbləğ verilməsə, məni içəridə çürüdəcəklər. Sahib Ələkbərovun əməlində ağır cinayət tərkibi mövcuddur və ona bu maddə ilə ittiham irəli sürülməlidir”.

Fotoda: Sahib Ələkbərov

Təqsirləndirilən Sahib Ələkbərov isə ifadəyə belə münasibət bildirib: “Mən müstəntiq idim, Mövlam Şıxəliyevə məruzə edirdim. O da birbaşa Zakir Qaralova, Rüstəm Usubova məruzə edirdi. Onların birbaşa yazılı və şifahi göstərişlərini icra edirdim. Deyirdilər ki, həbs et, edirdim, azad et, edirdim. Həbs edəndə hansı maddə ilə vəsatətin yazılmasını tapşırırdılar. Azad ediləndə də yenə də onlar deyirdi, mən də azad edirdim. MTN-in istintaq idarəsində yeganə namuslu, vicdanlı müstəntiqlərdən olmuşam, Allahımı tanımışam”.

Proses növbəti həftə davam etdiriləcək.

Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR