“Bandotdel”in şöbə müdirinə federasiyada vəzifə verildi
12 may, 2022 16:20
Azərbaycan Atıcılıq Federasiyasına yeni vitse-prezident təyinatı olub.
Azsiyaset.com-un oxu.az-a istinadən verdiyi xəbərə görə, polis polkovnik-leytenantı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) şöbə müdiri Tofiq Bəylərov bu qurumun üçüncü vitse-prezidenti olub.
Xatırladaq ki, Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur. Digər iki vitse-prezident daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və stend atıcılığı üzrə olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və polis polkovniki olan Zemfira Meftahəddinovadır.