Trampın dostu Ukraynaya yardıma imkan vermədi - 40 milyardlıq layihə gələn həftəyə qaldı

13 may, 2022 13:09

Respublikaçı senator, keçmiş prezident Donald Trampa yaxınlığı ilə tanınan Rend Polun demarşı nəticəsində ABŞ senatında Ukraynaya 40 milyard dollar kömək haqqında qanun layihəsinin qəbulu baş tutmayıb. Layihəni bu həftə ərzində parlamentdən keçirmək nəzərdə tutulurdu. Mayın 11-də Nümayəndələr palatası öz razılığını vermişdi. Mayın 13-də layihənin Senatdan da sürətlə keçəcəyi güman edilirdi.

Amma müzakirə zamanı Kentukki ştatından senator Rend Polun sənədə yeni norma daxil etmək tələbi planı pozub. Senator ayrılan vəsaitin xərclənməsinə nəzarət üçün xüsusi federal orqan yaratmağı zəruri hesab edir və bunun sonradan ayrıca əlavə, yaxud düzəlişlərdə deyil, mütləq qanunun ilkin mətnində göstərilməsini istəyir.Nəticədə layihənin növbəti müzakirəsi gələn həftəyə qalıb. Xatırladaq ki, prezident Bayden Konqresi onu mümkün qədər tez qəbul etməyə çağırmışdı. Əks təqdirdə, hazırkı yardım proqramının müddəti başa çatana qədər, yəni mayın sonunadək prezident yeni qanunu imzalamağı çatdırmaya bilər.Növbəti yardım paketi aşağıdakıları ehtiva edir:

Növbəti yardım paketi aşağıdakıları ehtiva edir:

Avadanlıq, silah, təlim xərcləri də daxil olmaqla, təhlükəsizlik işlərinə yardım üçün 6 milyard dollar;

Ukraynaya göndərilən Amerika ehtiyatlarının yerinin doldurulması üçün 8.7 milyard dollar;

Avropa komandanlığının əməliyyat xərcləri üçün 4.9 milyard dollar;

Ukrayna və digər ölkələrə dəstək məqsədi ilə xarici hərbi maliyyələşdirmə üçün 4 milyard dollar;

Humanitar (ərzaq) yardımı üçün 5 milyrad dollar;

Ukraynanın iqtisadi dəstək fondu üçün 9 milayrd dollar.

Vəsaitin qalan hissəsi Ukrayna qaçqınlarına köməyə və Putinlə bağlı olan Rusiya oliqarxlarının axtarışına sərf ediləcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR