Azərbaycanda daha bir polis özünü güllələyərək öldürüb
13 may, 2022 14:52
Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mayın 13-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.