V festival: Şuşa sevinir, xarıbülbül çiçək açır, həyat qayıdır...

14 may, 2022 11:38

Düz 30 il öncə - 1992-ci ilin mayında Şuşada növbəti “Xarıbülbül” festivalı keçiriləcəkdi. Festivalın təşkili planlaşdırılmış, dünyanın müxtəlif yerlərində musiqiçilər dəvət olunmuşdu, öncəki festivallarda olduğu kimi. Bu dəfə də xarıbülbülün çiçəklənmə dövrü olan may ayında dünya Şuşaya sığınacaqdı. Amma, işğal imkan vermədi.

İlk festival 1989-cu ildə xanəndə, Xalq artisti Seyid Şuşiniskinin 100 illik yubileyi münasibətilə keçirilmişdi. Yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak edirdilər. Olduqca maraqla qarşılanan festival ənənəvi hala çevrildi və bir il sonra – 1990-cı illərdə “Xarıbülbül” festivalı beynəlxalq status aldı. 

Növbəti festivalda Hollandiya, Almaniya, Türkiyə və İsraildən folklor qrupları iştirak edirdi. Lakin bu dəfə xarıbülbülün çiçək açdığı Şuşada yox, Ağdamda. Çünki müharibə başlanmış, sülh və mədəniyyət beşiyi olan Şuşa düşmənin hədəfinə çevrilmişdi. Müxtəlif ölkələrdən 190-ə yaxın nümayəndənin iştirak etdiyi 1990-cı ilin festivalının bir neçə konserti, hətta Bərdə və Ağcəbədidə keçirildi.

Cəbhədə müharibə gedir, Ermənistanın işğalçı hücumu şiddətlənirdi, lakin beynəlxalq səviyyədə keçirilən festival təxirə salınmırdı və bu, eyni zamanda, beynəlxalq diqqətin erməni işğalına cəlb edilməsi baxımından rol oynaya bilərdi. 

1991-ci ildəki festival da Şuşadan kənarda eyni qayda ilə təşkil olundu. 25 ölkədən 300-ə yaxın nümayəndənin qatıldığı konsertlərə hətta ABŞ və Avstraliyadan – uzaq qərb və uzaq şərqdə yerləşən bu iki ölkədən gələnlər də var idi. Təkcə bu faktorun özü belə “Xarıbülbül” festivalının dünya səviyyəli mədəni tədribə çevrilməsi perspektivindən xəbər verirdi. Həmin ildə keçirilən festivalda tamaşaçıların sayı əvvəlki illərlə müqayisədə daha çox idi, buna görə kosertlər stadionlarda təşkil olunurdu. Yekun konsert Bakıda - Heydər Əliyev sarayında keçirildi.

1992-ci ilin 15 may tarixində planlaşdırılan festival Şuşanın işğalı ilə yarımçıq qaldı. 30 ölkədən 500 nümayəndənin iştirakı gözlənilirdi, lakin 8 mayda Şuşanın işğal edilməsi festivalın keçirilməsinə imkan vermədi. Yalnız Ağdamda qısa müddətdə keçirildi, amma bu, artıq “Xarıbülbül” festivalından daha çox işğal edilən şəhərin yad edilməsinə bənzəyirdi.

Şuşa işğal edilmiş, may ayında çiçək açan xarbülbül də küsmüşdü. O zaman inanırdıq ki, tezliklə Şuşa da daxil olmaqla torpaqlarımız azad ediləcək və yenidən festivalı keçirə biləcəyik. Cəbhədə döyüşlərin getməsi də ümidləri sona qədər öldürməmişdi. Azərbaycan əsgəri canı ilə, qanı ilə döyüşürdü, xalqın inamı da bundan qaynaqlanırdı. Lakin heç birimiz bilməzdik ki, Ermənistan torpaqlarımızı işğal edərkən Bakıda siyasi qovğalar yaşanacaq, hakimiyyət üstündə dava olacaq və Şuşa da, işğal edilən digər ərazilər də yaddan çıxacaq, bu azmış kimi, başqa şəhərlərimiz, rayonlarımız da işğal altında düşəcəkdi. Təəssüf, min təəssüf ki, bu baş verdi. Şuşa da erməni işğalı altında düşdü, xarıbülbül də, onun festivalı da.

Hətta, müstəqilliyini yeni bərpa etmiş Azərbaycan da hakimiyyət davalarına qurban gedəcəkdi ki, xalq ulu öndər Heydər Əliyevi yenidən iqtidara çağırdı. Yalnız Heydər Əliyevin sayəsində Azərbaycanı qoruya bildik və dahi lider 30 il sonra torpaqlarımızı azad edə biləcək qədər güclü Azərbaycanın qurulması uğrunda əzmlə işləməyə başladı. Buna nail oldu, özü bu xoşbəxt günləri görə bilməsə də, davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğal altındakı torpaqlarımızı da azad etdi, Şuşanı da qaytardı, xarıbülbülü də, onun festvalını da.

2020-ci ilin 8 noyabr tarixi Şuşanın azad edilməsi, xarıbülbülün 30 il sonra yenidən çiçək açması tarixidir. 2021-ci ilin 12 may tarixi Şuşada artıq boynubükük olmayan, sevinclə çiçək açan xarıbülbülün festivalının bərpa edildiyi böyük mədəniyyət hadisəsidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli ordusu ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi, Şuşaya yenidən həyatı qaytardığı kimi, xarıbülbülün yenidən yaşamaq haqqını da təmin etdi.

29 il sonra - ötən il yenidən başlayan “Xarıbülbül” festivalı 30 ilə yaxın həyatın və ruhun olmadığı torpaqlara nəfəsin qayıtması hadisəsi idi. Bu, həm də dünyaya Azərbaycanın öz torpaqlarını azad etdiyinin, bu torpaqlarda multikulturalizm dəyərlərinin yaşadığının, bundan sonra da yaşayacağının, bütün xalqların birlikdə, mehribanlıqla həyat sürdüyünün və mədəniyyətimizin nə qədər zəngin olduğunun da mesajı idi.

Bu ilin 12 -14 may tarixində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı möhtəşəmliyin növbəti nümayişidir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunan festivalda yerli musiqiçilər, folklor qrupları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən qonaqlar təşrif buyurub.

Açılış konsertində səslənən “Vətəndan pay olmur” mahnısında, festivalda məhz bu mahnının səslənməsində açıq mesaj yer alır. Azərbaycan bundan sonra torpaqlarının işğalına heç vaxt imkan verməyəcək və belə revanşist iddialara qarşı ən sərt cavab tədbirləri görəcək. Ən mühümi isə azad etdiyimiz torpaqlarda bundan sonra əbədi yaşayacağıq.

V festivalın keçirilməsi “Xarıbülbül” festivalı ənənəsinin də bərpa edilməsi deməkdir. Həm də o deməkdir ki, hər il bu festival xarıbülbülün çiçək açdığı gözəl may günlərində baş tutacaq, dünyanın müxtəlif ölkələrindən qonaqlar bu torpaqlara gələcək, Azərbaycan mədəniyyəti bütün dünyada təbliğ olunacaq. 

Bəli, bu gün azad olunan torpaqlarımıza sevinc qayıdır, 30 ildir bu günləri gözləyən torpaqlarımız, o torpaqların daşı da, ağacı da, xarıbülbülü də sevinir artıq. Bu, Azərbaycan xalqının da 30 il həsrətlə gözlədiyi sevincidir!

Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"