"Azərbaycan kişisini ekran qarşısında alçaltmaq nəyə xidmət edir?" - Deputat TV-ləri tənqid etdi

17 may, 2022 10:17

"Bu gün Azərbaycanın bir sıra televiziya kanallarında yayımlanan verilişlər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına deyil, həmin dəyərlərin məhvinə xidmət edir”.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Millət vəkili telekanallara bir sıra sualllar da ünvanlayıb:

“Azərbaycan kişisini və ya qadınını ekran qarşısında alçaltmaq nəyə xidmət edir? Ola bilər ki, onlar həyatlarının hansısa mərhələsində səhvə yol veriblər. Biz onu mütləq ictimailəşdirib müzakirə obyektinə çevirməliyik?

Yeri gəlmişkən başqa bir sualı da ünvanlayıram: bu gün neçə televiziya kanalında elmi verilişlərə yer verilir? Bu gün ümumiyyətlə, bəzi istisnaları çıxmaqla televiziyalarımız nə dərəcədə öz proqramlarında ziyalılara yer verirlər? Bu gün Azərbaycan televiziyalarında həm də ziyalı sözünə ehtiyac var”.

C.Məmmədovun sözlərinə görə, televiziyalara sual verəndə cavab o olur ki, “biz reklam gətirən verilişlərə yer veririk. Biz indi reklamlardan əldə edilən gəlirə görə dəyərlərimizin məhvinə göz yummalıyıq?”.

“Hesab edirəm hər bir yaxşı məhsulun alıcısı olduğu kimi, yaxşı verilişlərin də baxıcısı mütləq olacaq. Kütlə televiziyaları deyil, televiziyalar kütləni idarə etməlidir. Dünyanın hər yerində belədir. Biz tamaşaçıya nə versək, onu da alacağıq. Hesab edirəm bu barədə ciddi düşünməliyik.

Həm ulu öndər Heydər Əliyev həm də Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini vurğulayıblar. Təkcə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə tədbirdə Prezident İlham Əliyevin konseptual çıxışı milli-mənəvi dəyərlərimizlə bağlı  bir çox vacib məqamları özündə tam əks etdirir. Həmin çıxış həm də konsepsiya xarakteri daşıyır. 

Birinci vitse-prezident Mehriban Əliyeva da rəhbərlik etdiyi Fondun xətti ilə mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində bir çox mühüm tədbirlər həyata keçirir. Ölkə rəhbərliyinin dəyərlərimizə münasibəti və dəstəyi gün işığı kimi aydındır. Bəs sizin məqsədiniz nədir? Siz nəyə nail olmaq istəyirsiniz?”(modern.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR