Rusiya sülhməramlıları erməni uşaqlara oyuncaq payladılar
17 may, 2022 10:20
Rusiyanın sülhməramlı hərbi kontingenti Xankəndində fəaliyyət göstərən “Mersi” xeyriyyə təşkilatları assosiasiyası ilə birlikdə Xocavənd rayonunun Xanoba kəndindəki uşaq bağçasında humanitar aksiya keçirib.
Bu haqda Rusiya sülhməramlılarının teleqram-kanalı məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçilərinin də separatçı rejimin istəyinə uyğun olaraq “Martuni rayonunun Xnuşinak” kəndi adlandırdığı kənddəki erməni uşaqlarına uşaq qab-qacağı, oyuncaqlar, oyun dəstləri hədiyyə edilib.
Qeyd edək ki, 24 fevral 2022-ci il tarixindən, yəni Rusiya ordusunun Ukraynaya hücumundan sonra Qarabağdakı Rusiya hərbi kontingenti, demək olar ki, heç bir humanitar aksiya həyata keçirməyib.