Laçının Zabux kəndində ermənilər Azərbaycanın elektrik xətti çəkməsinə mane olur
17 may, 2022 20:50
Laçın rayonunun Zabux kəndində yaşayan ermənilər Azərbaycanın elektrik xətti çəkməsinə mane olur.
Separatçıları təmsil edən Martiros Akopyan bildirib ki, Azərbaycan tərəfi kəndin içindən elektrik xətti çəkmək üçün dirək basdırmağa hazırlaşır, lakin Ermənistan tərəfi buna mane olur. Hazırda danışıqlar aparılır.
Ermənilər gileylənirlər ki, sülhməramlılar özlərini bitərəf kimi göstərirlər, əslində isə sülhməramlılar ermənilərə qarşıdır.