"Azəriqaz"la bağlı geniş araşdırma başlandı: baş direktorun iki müavini və daha 7 nəfər vəzifəli şəxs cəlb edilib

18 may, 2022 19:35

"Azəriqaz" İstehsalat Birliyində həbslər olması ilə bağlı xəbər vermişdik.

Xatırladaq ki, dünən afn.az-a bununla bağlı məlumat verən mənbə 4 nəfər departament rəisinin həbs olunduğunu bildirmişdi. Onlardan ikisinin adı açıqlansa da, digər ikisinin adını dəqiqləşdirə bilməmişdik. Məsələ ilə bağlı detallı məlumat əldə etmişik. Belə ki, əhali abonentlərinə əlavə qaz həcminin yazılması və süni borc yaradılması halı ilə bağlı araşdırma başlanıb. Araşdırma çərçivəsində "Azəriqaz" İB-nin bir sıra vəzifəli şəxsləri Baş Prokurorluğa çağrılaraq dindirilib. Arasında baş direktorun müavinləri də olan həmin şəxslərin siyahısını təqdim edirik:

Baş direktorun qazın satışı üzrə müavini Rəşad Cavadov

Baş direktorun istismar üzrə müavini Cahid Hüseyinli

Abonent bazasına xidmət şöbəsinin rəisi Oqtay İbrahimov

Qazın balansı və hesabatı şöbəsinin rəisi Elşən Qədirov

Metrologiya şöbəsinin rəisi Rövşən Məhiyəddinov

İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elcin Qocayev

İqtisadiyyat və ucot şöbəsinin rəisi Maarif Nəcəfli.

Məlumata görə, yaxın saatlarda daha iki nəfər böyük mühəndis dindirməyə cəlb edilib. Onlar bir neçə saat dindirmədə olduqdan sonra sərbəst buraxılıblar. Onu da bildirək ki, dünən həbs olunduğu deyilən şəxslərin də ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilir.

Qeyd edək ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da "Azəriqaz" İB-də gedən proseslərlə bağlı məlumat yayıb: "İndicə aldığım məlumata görə, "Azəriqaz"ın rayon xidmət sahələrinin idarələr üzrə rəis müavinləri, Regional qaz istismari idarələrində fəaliyyət göstərən bütün istehlakçılara satılan qaza nəzarət şöbələrinin və Qazın balansı və hesabati şöbələrinin rəislərinin vəzifədən uzaqlaşdırılması üçün tədbirlər görülür. Səbəb isə əhali abonentlərinə əlavə qaz həcminin yüklənməsi və süni borcun yaradılmasıdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirildi ki, onlarda bu barədə məlumat yoxdur.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR