"Düşmənin Gəncədəki hərbi obyektlərimizi vurması barədə məlumat yalandır" - Müdafiə Nazirliyi
04 oktyabr, 2020 12:51

Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır.
Müdafiə Nazirliyindən verilən məlumata görö, düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.