Pakistan səfiri Ermənistanın Gəncəni atəşə tutmasından danışdı - "Bu, müharibə cinayətidir"
04 oktyabr, 2020 14:20

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutmasını pisləyib.
Azsiyasət.com xəbər verir ki, bu barədə diplomat "Twitter"də bildirib.
“Dualarımız Gəncə əhalisi ilədir. Beynəlxalq hüquqa görə mülki əhalini bombalamaq müharibə cinayətidir”, - deyə səfir qeyd edib.