Qarabağın bərpasına nə qədər vəsait xərclənib?
22 may, 2022 09:34
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2 milyard 200 milyon manat məbləğində vəsaitə qarşı icra 2 milyard 178,4 milyon manat və ya 99% olub.
Bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" haqqında hesabatda bildiirlib.
Sənədə əsasən, xərclərin maliyyələşdirilməsi vəsaitin kredit sərəncamçısı olan təşkilatların xərc sifarişləri əsasında tam həcmdə təmin olunub.