“Çəkilin qırağa, imkan verin milləti bu bəladan qurtaraq” - ATU-nun şöbə müdiri

08 iyul, 2020 14:26

“Əgər qərar verənlərin beyni, beyin kimi yox, pendir kimi fəaliyyət göstərirsə, onda bizdəki kimi vəziyyət alınır. Ay qardaş, əgər verdiyiniz qərarlar effekt vermirsə, demək ki, düz qərar vermirsiniz də. Bunu başa düşmək bu qədər çətindir? Çəkilin qırağa, qoy bu işlə bacaranlar məşğul olsunlar!".

Azsiyaset.com xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev "Facebook" hesabında yazıb.

Həkim bildirib ki, ölkədə tətbiq olunan karantinlərin heç bir effekti olmayacaq:

“Niyə eqoistlik edirsiniz? Bu bumeranq effekti verəcək, axırda sizin özünüzü vuracaq. Necə ki, gec deyil, sağlam düşüncə ilə düzgün qərarlar verilməlidir. COVID-19 problemini həll etmək üçün polad iradə lazımdır. O isə sizdə yoxdur! İmkan verin, biz bunu həll edək və milləti bu bəladan qurtaraq! Təklifləri veririk, amma sizdə polad iradə, xalqına, millətinə sonsuz sədaqət, sevgi olmadığına görə bu problemi həll edə bilməyəcəksiniz! Xalqı, milləti məhv etməyin! Dövlət başçısı pandemiya ilə mübarizə üçün 5 milyon manata qədər pul ayırıb. Aidiyyatı qurumlar bu pulu hara və nəyə xərcləyir? Bəlli deyil! Dövlət başçısının ölkəni əhatə edən minlərlə problemi var! O bizim əvəzimizdən bu problemi həll edəsi deyil ki... Sağolsun pulu ayırıb və artıq qalan işlər bizə düşür. COVID-19 xəstəliyinin müalicəsində çox effektiv preparat olan “Favipiravir” dərmanı ölkədə çatışmır. Niyə? Hanı bizim kimyagərlər? Hanı bizim əczaçılar? Bu dərmanı istehsal etmək belə çətindir? Dilənçi kimi başqa dövlətlərdən istəyirik və xəstələrimizi, eləcə də həkimlərimizi buna görə itiririk. Allah şairə rəhmət eləsin! Deyirdi ki, bizdən qabaqdadır avropalılar. Çünki işi işbilənə tapşırır onlar”.

Aydın Əliyev eyni zamanda təqdim etdiyi qaydaların 100%  effekt verəcəyini bildirib:

1. Bütün dövlət xəstəxanalarında COVID-19 xəstəliyinə aid test müayinələri, KT və rentgen müayinələri pulsuz olmalı və özəl xəstəxanalarda bu müayinələrin münasib qiymətə - hamının maddi imkanı çatacaq qədər olması təmin edilməlidir! 100-150 manata test olar? Camaat 190 manat yardım alır, onun da 150 manatını müayinəyə necə versin? Hə?

2. Bütün qapalı yerlərin və ictimai nəqliyyatın girişində imkansız insanlara pulsuz, imkanlı insanlara isə pulla veriləcək maskalar qoyulmalıdır! Bizim xalqımız çox dəyərli xalqdır! Əminəm ki, imkanı olanlar imkanı olmayanlar üçün də maskaların pulun ödəyəcək!

3. Bütün qapalı və açıq yerlərdə insanların ailə üzvlərindən başqa və 2-3 nəfərdən artıq olmamaqla fiziki ara məsafəsi saxlamasına ciddi nəzarət edilməlidir! Karantin postlarında şəxsi avtomobilində tək hərəkət edilən insanlar ciddi yoxlanılır, halbuki, tək avtomobildə hərəkət edən insanlar təhlükəsizdir! Avtobuslara isə “sən keç” deyilir. İctimai nəqliyyatda və bütün qapalı məkanlarda maska geyilməsinə nəzarət çox zəifdir. Əslində əksinə olmalıdır!

4. Bütün digər karantin rejimləri mütləq şəkildə ləğv edilməlidir. İnsanların rayonlara istirahət məkanlarına və dənizə getməsi, açıq təmiz havada, günəş altında olması mütləq şəkildə təmin edilməlidir! Əgər bu təmin edilməsə, payız-qış aylarına bu karantin rejimi ilə daxil olsaq, hamımız qırılacağıq! Çünki immunitetimiz sıfra düşəcək. Broyler toyuqlarına dönürük!

5. Yuxarıda göstərilən təminat olandan sonra bütün qapalı məkanlarda maska geyinməyənlər, bütün qapalı və açıq yerlərdə ailə üzvlərindən və 2-3 nəfərdən başqa fiziki ara məsafəsi gözləməyənlər çox ciddi cəzalandırılarsa, bu problemin öhdəsindən tezliklə gəlmək olar.

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian